Dəllək
... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdansonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqquluqumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyiyaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır.Deməli, hər barədə də qırxır.
(Hələlik qulaq verin)
Bir dəllək idim, qırxardım gündə beş-on baş,Dəllək dükanı özgəyə karxanəyə döndü.Hər nə qoçu var şəhrdə cəm oldu tamamiAxırda dükan zor qumarxanəyə döndü.
Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən,Bir başı yolunca düşür insan daha əldən,Lap üzdüm əlimi daha mən bu pis əməldən,Qırx altı manat pul yığım gündə şətəldən,Daxmam vurub axır yekə kaşanəyə döndü.
On beş il olar əvvəlki çəm ilə yoluram baş,Daim ac idim, tapmayır idim sulu bozbaş,Imdi çoxalıb pul, yeyirəm hər gecədə aş,Əvvəlcə qumarxanə açaydım dükanı kaş,Dəlləklik evim yıxdı ki, viranəyə döndü,Tikdim onu şimdi yekə kaşanəyə döndü.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-dellek
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!
İkinci məclisVaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,
Üçüncü məclisVaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində.Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə
Dördüncü məclisVaqe olur birinci məclisdəki otaqda, lakin gəlin üçün bəzənibdir. Bir kravat üstündə rəxtxab. S ə r i y y ə oturub, M ə h ə r r ə m daxil olur.M ə h ə r r ə m. Bunlarda xəta var, qanları qaynayır. Bilirəm burada fövqəladə