Dördüncü məclis
Page 1 of 2
Vaqe olur birinci məclisdəki otaqda, lakin gəlin üçün bəzənibdir. Bir kravat üstündə rəxtxab. S ə r i y y ə oturub, M ə h ə r r ə m daxil olur.
M ə h ə r r ə m. Bunlarda xəta var, qanları qaynayır. Bilirəm burada fövqəladə
bir iş… Ah, bədbəxt qız! Səni azad etməyə məndə iqtidar yoxdur ki, bari az da olsa
sənə kömək edim. (Tapançanın gülləsini boşaldıb gedir.)
S ə r iy yə. Ah, dünya! İllər ilə ürəyimdə bəslədiyim şirin-şirin ümidləri məhv
etmək istəyirlər, amma, heyhat, əbəsdir, ta mən ölməyincə onlar istədiklərinə
çatmazlar.
H ə m z ə və Çimnaz daxil olurlar.
H ə m z ə. Yenə nə danışırsan?
Çimn a z . Neçün ağlayırsan?
S ə r i y y ə . Mən Q u r b a na getmirəm! Ay baba, mənə mərhəmət et. Məni
azad elə, Allah xatiri üçün, mənim bir kəsim yoxdur.
H ə m z ə. Səsini kəs! Həyasız! Hərgah bir də danışsan, səni doğratdırmayan lap kafir, mürtəddir. Bax, bu saat Q u r b a n bura gələcək, tapşırmışam, onda bir
kəlmə o yan bu yana danışsan, səni öldürməmiş yanıma gəlməsin. Yox, sən
bizimlə inad yeritmək istəyirsən.
Çi m n a z . İnadına-zadına bax! Səni bir dərdə saldırım ki. Yox, böyüklərindən
mən nə gördüm ki, kiçiklərindən sən nə görəsən! Şir kimi dayım oğlu durub, səni
itin birinə verəcəyəm! Demişəm, qoy o öldürsün! Özüm gedib şahid duraram ki,
sən özün-özünü öldürmüşsən!
Ya heç kəs bilməmiş, aparıb qoyaram səni qəbrə, gələrəm.
S ə r i y y ə (anasının ayaqlarına yıxılır). Ay ana! İtdir, hər nədirsə, mənim ürəyim onu sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm, mən onu sevirəm, sən
məni ona ver, qoy mən gün görmüyüm. Ah! Ana, ana, ana! Barı sən, sən rəhm et!
Çi m n a z (onu itələyir). Rədd ol burdan! Həyasız! (Gedirlər.)
S ə r i y y ə (durub onun dalınca). Get, get! Alçaq qadın, xain! Sən məndən ötrü ər bəyənmişsən!
Hüsniyyə daxil olur.
Hü s n i y y ə . Səriyyə, sənə nə olub? Nə üçün ağlayırsan? Mən sənin kitabını
gətirmişdim, evinizə getdim, dedilər ki, buradasan, mən də bura gəldim.
S ə r i y y ə . Ah! Hüsniyyə, mən kitabı istəmirəm. Apar, o kitabı sənə yadigar
verirəm. Mən bir saatdan sonra öləcəyəm. Məni halal elə, doqquz il səninlə bir
məktəbdə bacılıq etmişəm. H ü s n i y y ə . Səni kim və nə səbəbə öldürəcək? Nə deyirsən?(Qulağına söz
deyir.) Bəs Rüstəm hanı?
S ə r i y y ə . Ay Hüsniyyə! Rüstəm də bir tək adamdır, nə eləsin! Amma bu
zalımlar çox! Ah, Hüsniyyə, sən gedəcəksən, Rüstəmə de, məni halal eləsin. Mən
dəxi onu görə bilmərəm. (Onu qucaqlayır.)
Əlvida, bacım, axırıncı dəfə ayrılmağımızdır.
Hüsniyyə gedir, Səriyyə xəncəri götürür. Q u r b a n daxil olur.
Q u r b a n. Salaməleyküm!
S ə r i y y ə (ağlaya-ağlaya). Əleyküməssalam!
Q u r b a n. Ağlama! Məgər R ü s t ə m məndən artıq cayıldır? Elə oğlanların
palan başı əllisini döyərəm. Pul istəsən, məndə! Mal istəsən, məndə! İgidlik
istəsən, məndə! Adam öldürməklik desən, məndə! Oğurluq-doğruluq desən,
məndə! Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan? Otur, oyna, gül,
danış; adam axmaq olmaz! Elə oğlanların onun tutub baş-başa vurram, başı partlar.
S ə r i y y ə . Q u r b a n, sən cavansan, mənə rəhm et! Mənim bir kəsim
yoxdur. Sən məni azad et, çünki mən R ü s t ə mi sevirəm.
Q u r b a n. Necə? Nə dedin? Yenə R ü s t ə min sözünü danışırsan?
H ə m z ə (Qurbana baxır). Bax, hərgah iş oyan-buyan oldu, öldür…
cəhənnəmə… O arvadlığı ilə bir belə kişi ilə inad yeritsin? Sallıq bir kisəyə, gecə
aparıb tullarıq şəhərin kənarına və bu işi də salarıq Rüstəmin boynuna. Qorxma,
oğul!
Q u r b a n. A kişi, nədən qorxuram? Şir kimi Əli Səttarı öldürəndə
qorxmadım? İndi bir qız üçün qorxacağam?
H ə m z ə. Ya gərək onu bu gün öldürəsən, ya həmişəlik lal edib oturdasan.
(Gedir.)
S ə r i y y ə . İlahi, indi ölməyim yəqindir!
Q u r b a n (oturur). Səriyyə bura gəl! (S ə r i y y ə ağlayır.) Ağlama sənə
deyirəm. (S ə r i y y ə ağlayır.) Ovqatımı təlx eləmə! Ay qız, bəsdir; qulağımız
dəng oldu. Allahü əkbər, acığımı çıxardır ha! (Gedir üstünə.) Ay qız, sənə demirəm
dur bura gəl?
M ə h ə r r ə m daxil olur.
M ə h ə r r ə m. Qurban, qardaş, neçün belə pislik eləyirsən? Bu hələ
həyatınızın ibtidasıdır belə lənglik ilə gedir. Bəs gələcəkdə nə tövr olacaq?
Q u r b a n. Gələcəkdə bax, o cür. (Tapançanı göstərir.)
M ə h ə r r ə m. Qardaş, neçün özünü və o məsum balanı bədbəxt edirsən? Mən
eşidirdim, atam sənə deyirdi ki, qızı öldür! Neçün?
Q u r b a n. Sən mənim üçün vəkil deyilsən! Bayıra çıx! Sənin nə ixtiyarın var
mənim otağıma gəlmişsən?
M ə h ə r r ə m. Qardaş, Allaha bax, ona rəhm elə!
Q u r b a n. Sənə deyirəm, çıx bayıra, yoxsa. (M ə h ə r r ə mi itələyir bayıra.)
Ay qız, qanımı qaraltma, dur bura gəl! Sənə deyirəm, dur bura gəl. (S ə r i y y ənin qolundan tutub sürüyür. Hüsniyyə baxıb gedir.)
S ə r i y y ə . Burax! Dəli, biinsaf, bimürvət! Mən hərgah Rüstəmə aşiq
olmasam da, sənin kimi vicdansızla yaşamağı özümə ar bilirəm. Bir insan ki,
oğurluqla, adam öldürməklə fəxr edə, vəhşilik ilə iftixar edə, mən sadə ürəkli bir
qız onunla yaşamağı özümə həqarət bilirəm! Alçaq! Zalım! Vəhşi! Öldür məni,
daha mən ölümdən qorxmuram. Mən belə həyatı arzu etmirəm. Sənin kimi vəhşi,
quldur, bihəya, binamusla yaşamaqdansa, ölüm, ölüm gözəldir. Q u r b a n. O sözləri mənə deyirsən?
S ə r i y y ə . Bəli! Sənə, sənin kimi vicdansızlara!
Q u r b a n. Mən dəxi sənin kimi arvadı istəmirəm. Əjdaha kimi igidlər mənim
qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə sözlər deyirsən? (Yüyürür tapança üstünə.)
S ə r i y y ə . Mən ölümdən qorxmuram. Əlvida, ey sevgilim Rüstəm!
Burada S ə r i y y ə qəşş edir. Q u r b a n iki dəfə tapançanı atır. Lakin açılmır.
Tapançanı yerə atıb, mıxdan xəncəri götürür. S ə r i y y ə n i vurmaq istədikdə
R ü s t ə m daxil olub göydə xəncəri tutur.
R ü s t ə m. Dayan, zalım oğlu, nə qayırırsan?
Q u r b a n. Burax, kimdir məni tutan?
Qışqırığa H ə m z ə, Çimnaz, Camal daxil olurlar. Çimnaz və
Həmzə Rüstəmin tapançasını dartırlar. Rüstəm buraxmır.
H ə m z ə. Adə, Camal, yeri, xəncəri götür.
Camal xəncəri götürüb S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m
yeriyib yerdəki xəncəri Camala endirmək istəyir. Bu halda Q u r b a n durub Rüstəmin tapançasını götürür.
Q u r b a n. Qoy əvvəl bu həyasızı vurum.
H ə m z ə. Adə, vur də.
P r i s t a v və i k i kazak daxil olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-vefali-seriyye-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Uzun dərya(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?