Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:

– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.

Mən tez miss Hannanın evinə yola düşdüm.

Uzun yolu gedərkən bu qızın haqqında düşünürdüm. O, Təbrizdə qala bilməyəcəkdi. Amerikaya da dönmək istəmirdi, atasının yazdığı məktublara mənfi cavablar göndərmişdi.

Faytondan düşüb qızın həyətinə girdim. O, balkonda bir nəfər ortayaşlı kişi ilə gəzirdi. Qız mənim pilləkənlərdən qalxdısimi görən kimi yanındakı kişiyə dönərək:

– Odur, özüdür, gəlir, —dedi və balkonun qapısını açıb məni qarşıladı.

Balkonun qapısından içəri girən kimi miss Hanna yanındakı kişini mənə təqdim edərək:

– Tanış olun, atamdır! – dedi.

Mən onun əlini sıxdım və birlikdə otağa girdik.

Miss Hanna mənim barəmdə o ki lazımdır öz atasına danışmışdı, çünki atasının mənə etdiyi təşəkkürlər bunu sübut edirdi.

O, qızını Amerikaya aparmaq üçün gəlmişdi. Tehrandan ingilis səfarətinin maşınında gəldiyi üçün gecə saat dörddə yola düşməli idi. Miss Hanna özü məni vidalaşmaq üçün çağırdığını söylədi.

Lakin qız Təbrizdən getmək istəmirdi, buna görə də qızın atası mənə müraciətlə:

– Siz də buna nəsihət edin, vəziyyət qızımın burda qalmasına icazə vermir, – dedikdə mən də vəziyyətin qorxulu olduğunu qıza anlatdım.

Nəhayət, miss Hanna mənə müraciətlə:

– Elə isə Nina Nikitina ilə də vidalaşmaq üçün məni onun yanına aparın, - dedi.

Qızın atası ilə vidalaşıb Ninanın evinə yola düşdük. Fayton qapıdan təzəcə uzaqlaşmışdı ki, miss Hanna əlini əlimin üstünə qoydu.

– Bu əlin namusuna and içirəm, sənə olan səmimi sevgim ömrüm olduqca davam edəcəkdir, – dedikdə mən cavab verdim:

– Uzun illərdir ki, biz sevgi fəlsəfəsinin hamısını danışmışıq, bizim tanışlığımız da fəlsəfələrlə başlamışdı, ona görə də bu dostluğun son səhifəsini də fəlsəfə ilə bitirmək lazımdır. Gözəl və səmimi dostum, mən sənə inanıram, lakin insan həmişə öz sevgisinə nail ola bilmir. Sevgidən çox vaxt ancaq xoş bir xatirə qalır. Səndə bu xatirənin möhkəm yaşayacağına əminəm. O xatirələr heç bir zaman məni sənə unutdurmayacaqdır. Kim bilir, bəlkə də, bulanıq dünya bir zaman durulacaq, biz səninlə yenə də görüşəcəyik.

Mənim bu sözlərimdən miss Hanna ağladı və dodaqlarını mənə uzatmaq istədikdə mən:

– Bu sənin həyəcanını daha da artırar, – dedim.

O isə:

– Sevgi xatıratının böyük dəftərini bu öpüşlə möhürlədim, – dedi.

kohok

Demokrat firqəsinin təşəbbüsü nəticəsində İranın başqa şəhərlərində olduğu kimi Təbrizdə də rus hissələri ilə yerli xalq arasında qardaşlıq münasibətləri başlanırdı. Soldat komitələri demokrat firqəsinə müraciət edərək əlbir işləməyə və azadlığa çağırırdı. Şəhərin meydanlarında və cəmiyyət çox olan yerlərdə mitinqlər düzəlirdi. Soldat nümayəndələri öz nitqlərində menşeviklərin siyasətini bərk tənqid edir və müharibənin dayandırılmasını tələb edirdilər.

Bu gün azadlıq sevən rus soldatları qəbiristana getməyə və İran inqilabı zamanı həlak olan qəhrəmanların qəbirlərinə gül qoymağa hazırlaşırdılar.

Mən evə gəldikdə evdə tamamilə başqa bir vəziyyət gördüm. Nina, Təhminə xanım, Məşədi Kazım ağanın gəlinləri, Mahru və Nabat xanım hara isə getmək üçün hazırlaşırdılar. Mən Ninaya sual verdim:

– Hara getmək istəyirsiniz?

Nina qəhərlənərək dedi:

– Məlun irticanın və ingilis-çar casuslarının qorxusundan inqila» yolunda məhv olanların qəbirlərini ziyarətə getmək mumkün olmamışdı. Xüsusən Zeynəbin və Cavad ağanın qəbirlərinin ziyarətinə gedirdik.

Ninanın cErmənistanşa sifariş verdiyi gül dəstələrini gətirdilər. Nina Məcidi də götürüb qəbiristana yola düşdü. Biz də bir neçə nəfər izdihama qoşulub qəbiristana getdik. Hələ mitinq başlamamışdı, inqilabçı rus soldatları əllərində gül dəstə-dəstə gəlirdilər. Mitinq açıldı, yerli inqilabçı kargər nümayəndələri ilə bərabər soldat nümayəndələri danışdılar. Bu nümayiş Təbriz xalqı arasında geniş bir təsir bağışladı. Qəbiristanda çiçəklərlə bəzənmiş qəbirlərin ətrafında qırmızı bayraqlar əsdikcə inqilabçı soldatların «ura-uraə səsləri Təbriz üfüqlərində əks edirdi. Demokrat firqəsi üzvləri ilə bolşevikləşmiş soldatların görüşüb öpüşməsini görən əhali sevindiyindən ağlayırdı. Elə bil illərlə həsrət qalan iki qardaş bir-birinə qovuşmuşdu. Təbrizlilər və soldatlar müstəmləkəçilik siyasəti yeridən, hər iki xalq arasında düşmənçilik salan çar hökumətinin aradan qaldırılmasına sevinirdi. Çar siyasəti nəticəsində xalqa çox qorxulu görünən soldatlara əhali indi öz yaxın dostları kimi baxır və azadlıq işindəki mübarizələrində onlardan kömək alacaqlarına inanırdı.

Qayıdarkən mən Ninanı və onunla bərabər ziyarətə gələnləri Cavad ağanın və Zeynəbin qəbirləri üstündə gördüm. Zeynəbin qəbirinin yanında bir tüfəng də qoyulmuşdu. Nina ağlayaraq qəbrə xitab edirdi:

– Zeynəb, azadlıq günləri yaxınlaşdı, dur silahını götür!..

Soldat nümayəndələrindən bir çoxu tüfəngi qəbrin üstündə görüb təəccüb etdilər və məndən bunun səbəbini soruşdular. Mən də cavabında:

– Bu qəbir inqilabçı bir qadının qəbridir. O, şah hökuməti ilə aparılan mübarizədə tələf olmuşdu. Bu onun silahıdır, – dedikdə Zeynəbin qəbrinin üstündə ikinci bir mitinq açıldı. Bolşevik soldatlar Zeynəbin ruhu xatirəsinə iki yaylım atəşi açdılar.

Qayıdan zaman qəbiristana baxarkən oranı çiçəklər içərisində gördüm.

Axşam saat səkkizdə evə qayıtdıq. Evdə böyük bir şadlıq ziyafəti düzəltdik. Ziyafət əsnasında Təsvicdən gələn qasid İraidanın məktubunu gətirdi. Məktub bu sözlərlə başlanmışdı:

«Əziz bacım Nina! Olduğum ailə öz doğma ailəmiz qədər mədəni və sevimlidir. Zənn edirəm ki, siyasi vəziyyət dəyişdiyi üçün Əbülhəsənbəy mənim Təbrizə qayıtmağıma icazə verər.

İraidaə

Biz məktubu alan kimi Məşədi Kazım ağa və Tütünçüoğlunun İraidanı gətirmək üçün sabah tezdən yola düşmələrini qərara aldıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Eşqnamə

“O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”.Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi.

26 min
Kür çayı kənarında

Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.

26 min
Ölüm

Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi.Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi.

21 min
Sevgi və zəhər

Atabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər.Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi.

31 min

Poems by other poets