Rəfizadə
Page 1 of 4
1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər
" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.
Rəfizadənin: Təbrizə qayıtması və konsulxanada casusluğa girmək üçün ərizə verməsindən ibarət idi. Rəfizadə illərdən bəridir ki, bizim qorxumuzdan Təbrizə gələ bilmirdi, indi isə Təbrizdə yaşamaq üçün çar konsuluna arxalanmaq istəyirdi. O, konsulxana yanındakı casus təşkilatına yazdığı ərizəsini Əfəndi Bağıra vermişdi.
Əgər biz onun Təbrizdə yaşamasına maneə törədə bilməsəydik, o, amerikalı qızı çar konsulunun əlinə verəcək və bu vasitə ilə də bizim təşkilatımızın bir çox üzvlərini məhv etdirəcəkdi. Mən heç şübhə etmirdim ki, o əvvəlcə məsələni amerikalı qızdan başlayacaqdı.
Biz Rəfizadə ilə hesablaşmaq üçün birinci növbədə onun nə etmək istədiyini və haradan işə başlayacağını öyrənməli idik. Gecə saat on bir idi. Telefon zəngi vurdu. Amerika konsulxanası katibi Frikson məni yanına çağırdı.
Şübhəsiz ki, bu çağırış Rəfizadənin Təbrizə gəlməsi ilə əlaqədar idi. Tez faytonu qoşdurub Friksonun evinə getdim.
Friksonu və onun arvadı Saranı həyəcan içində gördüm. Məni görərkən özlərini ələ almağa çalışdılar. Lakin mümkün deyildi, Saranın ürək döyünməsini köksünün titrəyişindən oxumaq olurdu. Frikson adəti üzə boynunu o tərəf-bu tərəfə dartırdı.
Onlar mənim qolumdan tutdular, birlikdə Friksonun kabinəsinə girdik. Oturdum, Friksonun stolunun üstündəki soyumuş çayı Sara xanım götürüb getdi, az sonra iki stəkan çay, mürəbbələr və şirin çörəklər gətirdi. Mən Friksona sual verdim:
– Təzə nə xəbər var?
Frikson:
– Təzə xəbər vardır, lakin şad xəbər deyildir.
– Nə kimi xəbərlər vardır?
– Rəfizadə gəlibdir. O çoxdan bəri burada görünmürdü. Amerika konsulxanasından hesabını almadan yox olmuşdu. Bu gün konsulxanaya gəldi, haqq-hesabını istədi və miss Hannanı konsulxanada görürkən, mənə yanaşaraq soruşdu:
– İnqilabçılar ilə əlaqə saxlayan və alman casusu olan bir qızı konsulxanada saxlamaqda məqsədin nədir?
– Siz ona nə cavab verdiniz?
1 Rəfizadə - vaxtilə Amerika konsulxanası mütərcimi idi. O, amerikalı qızı aldadı» Hacı Səməd xanın əmisi oğlu Mahmud xana apardığı və bizim sirlərimizdən xəbərdar olduğu üçün qorxub Təbrizdən qaçmışdı.
– Mən bu işlərdən xəbərsiz olduğumu söylədim.
– Osizin bu sözünüzdən qane oldumu?
– Qane oldu, lakin bununla iş bitmir. O, həmin qızı və eyni zamanda sizi məhv etmək istədiyini söylədi. Hərgah qızın başına bir fəlakət gəlirsə, bizim hamımız məhv ola bilərik.
Mən vəziyyətin ağır və çıxılmaz olduğunu bilirdim, lakin bunu Friksona söyləmək olmazdı, onsuz da Frikson çox qorxaq adam idi, buna görə də onları sakit etmək üçün:
– Həyəcan və qorxuya lüzum yoxdur, – dedim, – bu hadisədən sizin bugünkü vəziyyətiniz dəyişməyəcəkdir. Sizə söz verirəm, Rəfizadə elə bir düşmən deyildir ki, onun qabağında aciz qalaq. Ancaq siz mənə deyin görüm amerikalı qızın özü bu məsələni bilirmi?
Erikson:
– Xəbərdar deyiləm, – dedi.
– Rəfizadə bir də yanınıza gələrsə, onu konsulxanada işə qəbul edəcəyinizə vədə verin və cürbəcür bəhanələrlə qəbul məsələsini yubandırın. Biz hər gün görüşməliyik. Rəfizadə çar konsulxanasında casusluq vəzifəsinə girmək istəyir. Hərgah siz onu burada xidmətə götürmüş olsanız, onun çar konsulu yanındakı qiyməti daha da artıq olacaqdır.
Frikson bir az fikirləşərək:
– Rəfizadə bizdən oğurlaya biləcəyi sənədləri rus konsulxanasına sata bilməz, çünki onsuz da çar konsulu bizə aid bütün sənədləri mənim vasitəmlə ala bilir.
– Sizə nəzarət etmək üçün çar konsulu Amerika konsulxanasında çalışacaq başqa adamlardan da istifadə etməyi istər.
Frikson bir az düşünərək:
– Doğrudur, – dedi, – çünki mən sizin tapşırığınıza görə bir çox əhəmiyyətli sənədləri sizə verdikdən sonra rus konsuluna təhrif edilmiş bir surətdə verirəm.
– Sizin konsulxana ilə olan əlaqənizin şəkli də dəyişməlidir, çünki vəziyyət dəyişmişdir. Sizin çar konsulxanasından əldə edilən sənədləri bizə verməyinizin əhəmiyyəti qalmamışdır. Siz indi bizə çar konsulxanasının vəliəhd ilə olan əlaqəsi haqqında məlumat çatdırmalısınız.
Frikson:
– Yaxşı yadıma saldın, - dedi və ayağı qalxıb sandıqdan bir neçə parça kağız götürüb mənə göstərdi.
– Bu kağızlar vəliəhdə Tehrandan gələn məktubların və Nizamülmülkün hökumət işlərinə dair mərkəzdən göndərilən vəsiqələrin fotosudur. Bu vəsiqələrin hər gün fotolarını alıb çar konsulxanasına gətirirlər.
Onları Friksondan alıb, tanış olmaq üçün cibimə qoydum. Vidalaşıb ayrıldıq, çünki amerikalı qızın evinə gedəcəkdim.
Mən son zamanlar amerikalı qızın evinə çox az-az gedirdim, çünki onun bizə verəcəyi xəbərləri Friksondan alırdıq, buna görə də onu xəbərlərinin bizim üçün bir əhəmiyyəti qalmamışdı. Açığını söyləmək lazım gəlir ki, hazırda amerikalı qız bizim boynumuzda ağır bir yük olmuşdu, onu öz işimizin xatirinə müdafiə etməyə məcbur idim, çünki onun ifşa edilməsi bizim ifşa edilməyimiz demək idi.
Vaxtı keçirmək olmazdı, vaxt uzandıqca məsələ də dərinləşə bilərdi. Gecə saat on ikini keçəndə amerikalı qızın qapısını vurdum. Xidmətçi qadın gəlib qapını açdı. Məni görürkən doluxsundu, mən özümün gecənin bu vaxtında gəldiyim üçün onu heyrətləndirdiyimi zənn etdim, daha bir söz soruşmadım, pilləkənlərdən yuxarı çıxdım. Miss Hannanın otaqlarının çıraqları yanırdı, onun qəbul otağına girərkən otağın pozğun və dağınıq bir halda olduğunu gördüm, şeylər bir tərəfə yığılmışdı, bəzisi bağlanıb otağın bucağında qoyulmuşdu.
Otaqda kimsə yox idi, ancaq mənim dalımca içəri girən xidmətçi qadın idi. Xidmətçi qadın içəri otağa keçib miss Hannaya mənim gəldiyimi xəbər verdi.
Mən bu vəziyyəti görürkən yenə də qıza bir hadisə üz verdiyini yəqin etmişdim. Bir azdan sonra qız içəri otaqdan çıxdı, o, səfərə hazırlaşmış idi, məni görürkən körpə uşaq kimi ağladı - sakit olmurdu: mən durub baxır və öz-özümə deyirdim: «Dünyanın ən gözəl bir qızı dünyanın ən ağır bir işgəncəsini çəkir...) Doğrudan da, mən hazırda onun qədər bədbəxt və yazıq bir qız bilmirdim, eyni zamanda onun düşdüyü fəlakətlərin səbəbi olduğum üçün qızın üzünə baxmaqdan utanırdım. Onun həyatını zəhərləyən mən olmuşdum. O bizə xidmət etmək üçün kor-koranə alman konsulxanasının pəncəsinə düşmüşdü. O məni sevdiyi və mənə hörmət bəslədiyi üçün neçə illərdir ki, yaxşı gün görməmişdir.
Onun ağlaması artırdı, ürəyinin keçməsindən qorxurdum, qolundan tutub örtüyü götürülmüş taxta divanın üstündə əyləşirdim. Ona mehribanlıq etməyə, saçlarını tumarlamağa başladım:
– Sənə nə olubdur? Nə üçün ağlayırsan? Məgər mən Təbrizdə deyiləm? Hərgah sənə bir fəlakəttüz vermiş və səni bir fəlakət təqib edirsə, mənə xəbər verə bilməzdinmi? Sən bilirsən ki, mən barmağina bir tikan batmasına razı deyiləm. Sən onu yəqin etməlisən ki, biz son imkanlara qədər səni müdafiə edəcəyik.
Qız yanımdan durub getdi, azdan sonra yenə də qayıdıb gəldi, daha ağlamırdı.
– Artıq mən sənin boynunda yük olmaq istəmirəm, sənə az əziyyət verməmişəm. Daha utanıram, hər şey və hər iş üçün də səni narahat etmək yaramaz. Bir də budur ki, sən hər cəhətcə məndən uzaqlaşmağa çalışırsan. Madam ki, sən məni soruşmur və işimdən xəbər tutmaq istəmirsən, nə üçün sənə müraciət edim?
Qız bunların hamısını doğru deyirdi. Biz fəlakətinə səbəb oldu- 8umuz qızın aylarla kefini soruşmurduq, çünki onun vəzifəsini başqaları ifa edirdi. Buna baxmayaraq, biz haqlı deyildik. Son günlər qızın bəzi şeylər satdığını da eşitmişdim, çünki onun aldığı maaş böyük bir binanın kirayəsini və xidmətçinin maaşını verməyə çatmazdı.
Təbrizdə bahalıq idi. Əvvəlləri ona cürbəcür bəhanələrlə maddi yardım verirdik. Son aylar isə bunu da kəsmişdik. Lakin burası bizim xəsisliyimizdən deyil, vaxtımızın olmamasından idi.
Utandığımdan məni tər basmışdı. Qıza nə cür cavab verəcəyimi və nə kimi bəhanələr gətirəcəyimi bilmirdim, doğru danışmaq və təqsirdən boyun qaçırmamaq lazım idi.
– Dediklərin doğrudur, – dedim, – mən öz təqsirimi boynuma götürürəm, bir daha onun təkrar edilməməsi üçün sənin sağlığına and içirəm.
Mən ona heç vaxt belə and içməmiş və eyni zamanda da özümün təqsirli olduğumu etiraf etməmişdim. Bu and və bu iqrardan amerikalı qız şadlanıb:
– Təşəkkür edirəm! – dedi. – Lakin çox gecdir. Mən bir saat sonra Təbrizdən köçüb gedirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-refizade
Use ← → keys to move, R for a random poem
More by this author
Məsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?
Millətpərvər intelligentQiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?
Müsəlman yığıncaqlarıDünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Qafqazda idareyi-məşrutə(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
Poems by other poets
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Məndən fələk ayırdı vəfapişə yarimiMəndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz