Dostum, bu dünyanı gəz, dolaş, ancaqKim deyər məhləni, mahalı gəzmə?Qane ol varına, imkanlarına,Çox ucuz axtarma, bahalı, gəzmə!

Ən yaxşı həyatdır, ən gözəl tədbir,Çırpınan ürəyi o təskin edir.Maral da, ceyran da təbiət sevir,Boz daşlar içində maralı gəzmə!

Unutma, gördüyün xoş mənzərəni,Başı qarlı dağı, çaylı dərəni.Ey ürək, qır, varsa bəndi-bərəni,Heç eldən, obadan aralı gəzmə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets