Ay üzü dönmüş
Mənə sual verir hər ötüb keçən,Çöllərə düşübsən söylə, sən nədən?Mən qəm-kədər yığdım dağlar döşündənSən gül-çiçək dərdin, ay üzü dönmüş.
Dolandım oylağı, mən gəzə-gəzə,Dağın zirvəsindən enəndə düzə.Nagahan cığırda gəldik üz-üzə,Üzünü döndərdin, ay üzü dönmüş.
Mən tay olmasam da ağaya, bəyə,Minnətim olmadı heç vaxt özgəyə.Kasıbdan varlıya yar olmaz – deyə,İsmarıc göndərdin, ay üzü dönmüş.
Heç ata bilmədim qəmin yükünü,Dəli kimi gəzdim mən bütün günü.Məndən döndərəndə bildim üzünüBəxtimi döndərdin, ay üzü dönmüş.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-ay-uzu-donmus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Tək gəldin cahana, didarı göyçək,Dəndanı yaqutsan, ləlsən, ay, ay.
DüşmüşəmArif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.
Geyib gülgun qəba sərvim durub gülzar arasındaGeyib gülgun qəba sərvim durub gülzar arasında,Sanasan şaxsari-güldürür gülnar arasında.
Əzizim, sevgilim, nazlı nigarımƏzizim, sevgilim, nazlı nigarım,Züleyxadan gözəl istəkli yarım.