Onu mən tərif etdim,Sözümüz tutmadı, yox,Bir an gülümsəmədi,Bu gün üzü bozdur çox.

Uçdu dəli dalğalar,Ürəyimcə axmadı.Mən hey dənizə baxdım,Dəniz mənə baxmadı.

Lakin qulaqlarımdaDanışırdı dalğalar.Mən aydın eşidirdim,Edə bilmərəm inkar:

– Seyr etmək sahilləriŞair, asandır, asan!Ancaq buruqlara sənÇox uzaqdan baxırsan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring