Bir tanışım bir gün bizə,Kiçik qabda bal göndərdi.O gündən yükləndi mənə,Bu dünyanın min bir dərdi.

Gərək mən yüz yerə gedəm,Gah yaxına, gah uzağa.Minnət üçün, hörmət üçün,Tanış-tunuş axtarmağa...

Bir tanışım bir gün bizə,Bircə banka bal göndərdi.O qədər iş tapşırdı ki,Balı zəhərə döndərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets