Uzun yaşamağa filin haqqı var,Onun qüdrəti çox, əməyi çoxdur.Lakin, bu dünyada ala qarğalar,Fildən çox yaşayır, fildən çox durur...

Əbədi olsaydı, – deyirəm bəzən –Ömrümüz-günümüz, olmazdı dərdim.Yaradan olsaydım canlıları mən,Tülküyə bir günlük həyat verərdim.

Hökmdar istəsə toplayar hər günTabaqla gövhəri, çanaqla dürrü;Fəqət, bir böcəyi dərk etmək üçün,Ona kafi deyil min insan ömrü.

Hər diləklə dolu qəlbin telində.Nə fərəh az deyil, nə kədər azdır;Kama yetmək üçün öz mənzilində,Bir ömür, insana nə qədər azdır!..

Hər dərdin öz sirri, öz əlacı var,Hər bitki məlhəmdir bir xəstəliyə.Yenidən düşünsün böyük dühalar,Ömrümüz, günümüz uzansın deyə!

Həkimlər, bir olac düşünün yenə,Böyükdür sərvəti, neməti yerin.A dostlar, çox deyil, çox deyil, mənəBir ala qarğanın ömrünü verin!

Çarəsiz bilməyin bu dərdimi siz,Kiçik bir ümidim hələ var mənim:Tutmasa əlimdən sizin əliniz –Öz şerim qolumdan yapışar mənim...9 yanvar, 1943

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets