Uçdu könlüm quşu ağ buludlara,Bu qara torpaqda fərəhlənmədi.Yamaclar don geydi güldən, çiçəkdənŞeirimin yarpağı təzələnmədi.

Bir fayton dağlardan tez endi, keçdi,Təkərlər sinəmdən hərləndi keçdi.

Dilbərim qarşımdan bəzəndi keçdi,Könlümün sarayı heç bəzənmədi.

Hayıma çatmadı nə səs, nə səda,Etibar görmədim mən bir kimsədə,İlantək torpaqda süründümsə də,Fikrim alçalmadı, könlüm enmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring