Məndən cida düşdü tülək tərlanım,Hay vurdum, qıy vurdum yola gəlmədi.Kasıblıq başımı saldı aşağı,Əyilmiş qamətim bir düzəlmədi.

Çıxdım Dəvədaşa, baxdım dağlara –Al-əlvan geyinmiş göy yaylaqlara;De, Ağrı dağ hara, qocalıq hara?O heç alçalmadı, heç yüksəlmədi.

Kim bilir yaşım qoca dünyanın?Heyif, çox gödəkdir ömrü insanın...Dedim, yolu düşər bizim cananın,Dumanlı dağlara gələr, gəlmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets