Var mənim
Axşam, səhər seyrə çıxan, ay pəriGülüstanda gülüzarım var mənim!Gözüm yoxdur, gülşənində, gülündə,Öz bağçamda öz nigarım var mənim!
Hicranda hər günüm keçdi il kimi,Soldu rəngim xəzan vurmuş gül kimiSədaqətə sadiq oldum qul kimi,Etibara etibarım var mənim!
Əgər düşsə oylağıma güzarı,Silinməzmi bu könlümün qübarı?Gələr, deyə gecə-gündüz yollarıGözləyirəm, intizarım var mənim!
Saçlarına nə sığal ver, nə bəzən!Eşq oduna alışmaram bir də mən,Əhdi-peyman müqəddəsdir əzəldən.Düz əhdinə düz ilqarım var mənim.
Öz elində, öz obanda gəz, dolan!Bu yerlərdə nə qış, nə də yaz dolan!Az işvələn, az cilvələn, az dolan:Naz eyləmə, nazlı yarım var mənim!
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-var-menim
Use ← → keys to move, R for a random poem
More by this author
(Uşağın ad günündə)Əlvan çiçəklərlə bəzənir eyvan,
Səhərin keşikçiləriBəxtiyar balalar, oynayın, gülün, –Xalqın sevincidir gülüşləriniz.
Qızılgül olunQaratikan kolu uca olmayır,Onun çinar kimi görkəmi yoxdur.
Nə istəsə uşaqlar bizim bağçamızda varBağçadır bir yanımız,İçi güllü, çiçəkli.