Mən “hay-hay” deyirdim qürurla müdam,İndi səhər-axşam “vay-vay” deyirəm.Ümidim kəsilib “hay”dan “haraydan”,Yalnız təbiətdən umuram kərəm...

Köçüb atam, anam, bacım, qardaşım,Həştadı keçirdim, az deyil, yaşım,Düşür, bədənimdə dayanmır başım,Bəlkə də üç günüm, üç ayım qalıb –Gedibdir “hay-hayım”, “vay-vayım” qalıb.

Etiraf et, – dedi, – həqiqət dindi, –Basıb-bağlamaqdan nə çıxar indiBaxıram, köçmüşlər... daha yanındaNə həmyaşın qalıb, nə tayın qalıb,Gedibdir “hay-hayın”, “vay-vayın” qalıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets