Gözünün yaşına qurban
Çeşmin keşiyində səf-səf dayanmış,Əlləri nizəli qoşuna qurban!Mənim şikayətim gözlərindədir,Kirpiyinə qurban, qaşına qurban!
Söylə, görməyəli üzün üzümü,Eşqin, məhəbbətin odu söndümü?Çırpınan ürəyin daşa döndümü?Qoy dönsün, qəlbinin daşına qurban!
Sən qədəm basanda eşqin bağına,Sarılıq çökməsin al yanağına.Görürəm, şeh düşüb gül yarpağına,Ağlama, gözünün yaşına qurban!..
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-gozunun-yasina-qurban
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.