Səni
(S. Vurğun sayağı)
Ocaq dağı oyatdımıSazım səni, sözüm səni?Könül quşu qanadlandı,Görən kimi gözüm səni...
Arzum budur saz əlimdə,Şirin mahnılar dilimdə.Bir dəli köhlən belində,Qarış-qarış gəzim səni.
Sözü süzdüm süzgəcindən,Qaçdım insanın gəcindən.Min türfə gözəl içindən,Özüm seçdim, özüm səni.
Qayaların qalanıbdır,“Könlüm evi talanıbdır”Neçə yerdən dolanıbdırMənim yolum, izim səni.
Quzqulaqlı dağ ətəyi,Körpə baldırğan özəyi,Dağgülü, qaymaqçiçəyi,Misralara düzüm səni!
Sağım meşə, solum meşə,Səni gəzdim mən həmişə.
Necə qıyım ay bənövşə,Öz kökündən üzüm səni!?
Ocaq dağı, məni dinlə,Özüm qəsdən bilə-biləİstəmədim sözlərimləYorum səni, üzüm səni...
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Elə ki, yaz gəlir canlanır həyat –Min məna kəsb edir süzgün baxışlar...
Dağ və təpəDağa – dağ deyirlər, çünki o dağdır!Yenidən boy atıb təpə – dağ olmaz!
Torpaq və suBöyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!
Qara torpaqBu yaxşı cəhətdir, unutmayırsan –Görürəm gəlirsən hərdən bağa da.