Sahil, qumlu sahil qaldı uzaqda,Dəniz, qədim dostum çəkildi getdi.Uçan dalğaların göy yalmanındaÜzdü qağayılar, gözümdən itdi.

Dəniz guruldayır, sahil səslənir,Sular bir məqamda durmayır bir an,Bayaq quzu kimi yatırdı... indiTəlatüm, çarpışma, ayrılıq, hicran...

Gümüş dalğalarda yosunlar yuyub,İpək saçlarım darayır hərdən.Qoca kainatın min bir sirri var,Gəl baş tap dünyanın işdəklərindən.

Külək hardan əsdi, hansı tərəfdən,Dalğalar yenidən çəkildi səflə,Yosunlar öz ipək saçını yoldu.Cavabsız bir sual qaldı başımda –Sahilmi dənizi qəbul etmədi,Dənizmi sahilə vəfasız oldu?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation