Biriniz buraya gəlin bu axşam,Başım sığal üçün qəribsəyibdir,Bu səhər heyrətlə yerə baxmışam,Gözümə bir qərib kölgə dəyibdir.

Görmüşəm kölgəmin düşdüyü daşlar,Ovulub torpağa dönmək istəyir,Gələn beşillikdə, əziz yoldaşlar,Ulduzlar deyəsən sönmək istəyir.

Qupquru quruyub yerin gözləri,Qaralan qaralıb, solan solubdur,Yağış duasının bütün sözləri,Bu eldə-obada unudulubdur...1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation