Vətən eşqinə
Ay ellər, bir məni dinləyin barı,Endirin dağlardan tez ilxıları!Hanı göy qulanlar, kəhərlər hanı?Hanı qantarğalar, yəhərlər hanı?
Düşmən ayaq basır doğma vətənə;Tez tutun, hardadır göy səmənd atım!Qoyun qollarımı çırmayıb yenəDəli ürgələrə bir kəmənd atım.
Durmayın, atları tez yəhərləyin!Bizə müntəzirdir cəbhələr yəqin.Çiynimdə bayrağım günəşdən uca,Gedirəm, atlanın, sürün dalımca!
Kim deyir “şeirdən indi kar aşmaz”?Kim deyir “şairə silah yaraşmaz”?Bizim məskənimiz edilsə soraq,Bilin cəbhələrdə gərmişik sinə.
Şərəfdir at minmək, qılınc bağlamaqAzadlıq eşqinə, vətən eşqinə!..Çiynimdə bayrağım günəşdən uca,Gedirəm, atlanın, sürün dalımca!İyun 1941
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-veten-esqine
Use ← → keys to move, R for a random poem