Jam-i Jam, chapter 121
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
پدری داری اندرین بالاگشته در اصل و در گهر والا
Sənin yuxarıda, bil ki, atan var,Əsildə-nəsəbdə yüksək, pürvüqar.
گر ازین قبه ره به دریابیخویش را پیش آن پدر یابی
Əgər bu torpaqdan ora yol tapsan,Atanın yanında olarsan haman.
پدرت را برادران هستندهمه را جفت و مادران هستند
Atanın orada qardaşları var,Onların arvadı, yoldaşları var.
سر به سر نور و جمله روحانیفارغ از ننگ عالم فانی
Hamısı ruhani, nurdurlar ancaq,Fəna aləminin eybindən uzaq!
طلب آن تبارو خویشی کنروی در روی فضل و پیشی کن
O qohum-qardaşı axtar həmişə,Üz tut fəzilətə, həm yüksəlişə.
تو درین چارمیخ طبع و هوانام ایشان مبر، که نیست روا
Bu təbiət, həvəs meydanında, bil,Onların adını çəkmək, düz deyil.
نکنی امتزاج با انجمتا نگیری طبیعت پنجم
Əgər ulduzlarla qarışmasan sən,Beşinci xassəni mənimsəməsən,
خر عیسیست این تن مردارسوزن او تعلق و پندار
İsa eşşəyidir bu bədən sənə,Əlaqə, güman da olmuşlar iynə.
چه شوی بستهٔ خر و سوزن؟زین دو بیگانه خیمه یکسوزن
Eşşəkdən, iynədən, çalış, uzaq dur,Çadırı bu iki yaddan gendə qur.
تا نفس هست و نفس، کاری کنگرد خویش از عمل حصاری کن
Bir iş gör nə qədər canda nəfəs var,Çək öz əməlinlə dövrənə hasar.
مادرانند این مراکب دونپدرانت، کواکب گردون
Bu alçaq köhlənlər anadır sənə!Göydəki ulduzlar atadır sənə!
برفلک داری، ای پسر، آیاپسرا، میل کن سوی بابا
Ey oğul, əcdadın fələklərdədir,Əgər oğulsansa, ora üz çevir.
مادران را به دختران بگذارصحبت این بد اختران بگذار
Sən bu anaları qızlara burax!Qaç bu bədbəxtlərin yanından uzaq.
تو چو عیسی از آن پدر زادینه تو زین مادران غرزادی
İsa tək doğuldun o atadan sən,Sən bu pis ananın oğlu deyilsən.
کرد ایزد ز بهر یاری توحس ده گانه را حواری تو
Kömək etmək üçün sənə YaradanOn duyğu vermişdir başdan-binadan..
کاهلی را به خویش راه مدهدل به این آب و این گیاه مده
İnsan tənbəllikdən gen qaçsın gərək,Bu suya, bu ota çox vermə ürək,
با خدای خود ار بدانی شدآشنا آن زمان توانی شد
Sən öz Allahınla ürəkbir olsan,Bil ki, bundan sonra var olacaqsan.
جهد آن کن که پاک شویحیف باشد که خاک خاک شوی
Çalış ki, olasan paklardan da pak,Heyfdir olasan torpaqdan torpaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-121
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir