نفس نطقیست، بی‌زبان گویاستاین بداند کسی که او جویاست

Bunu yaxşı bilir hər anlayan kəsDilsiz bir natiqdir bu dünyada nəfs.

در بصر نور و در زبان گفتاردر دهن زوق و در قدم رفتار

Dilin danışması, gözün görməsi,Ayağın yerişə könül verməsi,

قوت سمع و لمس و بوییدنبه ره فکر و فهم پوییدن

Eşitmək, hiss etmək, iyləyib bilmək,Fikrin qanadında göyə yüksəlmək –

همه از فیض نفس زاینده‌استجمله را نفس ره نماینده است

Hamısı bu nəfsin feyzindəndir, bax.Odur yol göstərən onlara ancaq.

دیدن او به امتیاز بودگفتن او به رمز و راز بود

Hiss ilə, duyğuyla görər gözləri,Rəmzdir, eyhamdır bütün sözləri.

بر تو از بسکه مشفقست و رحیمبه هزارت زبان کند تعلیم

Bir bax, mehribandır sənə nə qədər,Hər gün min dil ilə o, təlim verər.

مینماید ز صد طریقت راهتا ز نیک و ز بد شوی آگاه

Yaxşını-yamanı seçməkçün hər an,O, yollar göstərər sənə yüz yandan.

او چه شایستهٔ خودت سازدنور او عکس بر تو اندازد

Ta layiq elədi özünə səni,Çəkməz üzərindən nur kölgəsini.

نور او در تنت فرشته شودمنهی غیب و سرنوشته شود

Nuru bədənində olar bir mələk,Alnında olanı xəbər verəcək.

جستن هر رگی زبانی ازوستزدن هر نفس نشانی ازوست

Hər tərpənən damar onun dilidir,Hər çəkilən nəfəs onun əlidir.

جستن سر نشان جاه بودو آن پایت دلیل راه بود

Başın tərpənərsə çatarsan mala,Ayaq tərpənəndə çıxarsan yola.

جستن چشم راست از شادیخبرت گوید و ز آزادی

Sağ gözün atarsa, sevinəcəksən,Azadlıq xəbəri alarsan hökmən.

جستن چشم چپ نشان جفایا سخنهای دشمنان ز قفا

Cəfaya düşərsən, sol göz səyrisə,Ya düşmən danışır arxanca nəsə

جنبش هر یکی به منوالیستهر یکی زان دلیل بر حالیست

Hər üzv atmasının bir səbəbi var,Hər nəsə bir işə dəlildir onlar.

هم چنین حکم نبض شریاناتاندر اوقات رنج و بحرانات

Nəbzin, damarın da vurması beləBağlıdır böhranla, əzablar ilə.

نبض نملی دلیل ضعف قوامتفاوت بر اختلاف هوا

Nəbz asta vurursa, zəifsən, gerçək,Ya başqa havaya düşmüsən, demək.

مرتعش بر حرارت طاریملتوی بر کمال بیماری

Qəfil bir hadisə baş versə əgər,O, səndə xəstəlik törədə bilər.

و آن دگرها بدین صفت باشدنزد آن کاهل معرفت باشد

Mərifət əhlinin yanında, düzü,Mümkündür şərh etmək belə hər sözü.

سر بسر واقفان این رازندگوش کن تا چه پرده میسازند؟

Bilir başdan-başa hər sirri onlar,Qulaq as nə deyir vaqif olanlar.

مینیوشند و باز میگویندبی‌زبان با تو راز میگویند

Onlar gah danışar, gah qulaq asar,Dilsiz sənin üçün çox sirlər açar.

زین ورق در سخن نقط به نقطکه: غلط کم کن و تو کرده غلط

Burda səhv etsən də sən varaq-varaq,Onlar səhv etməzlər heç zaman ancaq.

چر یک اندام نیز در حالیستدر فراست دلیل بر فالیست

Hər bədən üzvünün bir haləti var,Bilənlər onlarla çox sirlər açar.

خال در چشم و میل در بینیصورت حیلتست و کج بینی

Əyri burun ilə, xallı göz, inan,Hiyləgər olmağı göstərir haman.

طرح بینی اگر بلند بودمرد مغرور و ارجمند بود

Burun öz şəklilə dik olsa əgər,Adam məğrur olar, ucalıq sevər.

گردن و ریش و پای و قد درازاز حمایت حدیث گوید باز

Uzun boyun, saqqal, bir də boy, ayaq –Bu sifət adamlar olurlar axmaq.

اینچنین کارخانه‌ای برکارشب و روز و تو خفته غافل‌وار

Belə bir, işxana hər axşam-səhərİşləyir, sən isə qafil, bixəbər!

چون که در تحت این بلا باشیچه کنی گر نه مبتلا باشی؟

Sənə üz verərsə belə bir bəla,Əlbəttə, olarsan dərdə mübtəla.

کیست کین را شمار داند کرد؟همه را اعتبار داند کرد؟

Dünyada haqq-hesab var deyən kimdir?Bunlara etibar eyləyən kimdir?

شاد منشین، که در سرای سپنجنتوان بود بی‌کشیدن رنج

Sevinmə, beş günlük dünyada nahaqƏzab, qəm çəkmədən olmaz yaşamaq.

زان بدین عالمت فرستادندوین چنین ساز و آلتت دادند

Səni bu dünyaya göndəriblər ki,Bu alət, maşını həm veriblər ki,

تا به اینها نظر دراندازیچارهٔ کار خویشتن سازی

Ta sən bir onlara nəzər salasan,Sonra işlərinə çarə qılasan.

زیرکانی، که راز دانستندسر اینها چو باز دانستند

Sirləri anlayan zirək insanlar,Bu sirri dərk edib agah olanlar,

زین میان زود بر کنار شدندگنج‌وش سوی کنج غار شدند

Tez bu aralıqdan oldular kənar,Gedib mağarada yurd saldı onlar.

گر تو کیخسروی به دین و به دادور چو ناصر شوی به حجت و داد

Sən dində, ədldə olsan Keyxosrov,Hikmətdə, bilikdə həm Nasir Xosrov,

تا نشویی ز ملک ایران دستنتوانی به کنج غار نشست

Əgər əl üzməsən İran mülkündən,Mağara küncündə qala bilməzsən.

پند درویش اگر نیندوزیزین دو خسرو چرا نیاموزی؟

Qəbul etməsən də əgər bunları,O iki Xosrovdan dərs öyrən barı.

تو به آموختن بلند شویتا بدانی و ارجمند شوی

Ancaq öyrənməklə sən ucalarsan,Bilməklə yüksələr dünyada insan.

چون نهاد تو آسمانی شدصورتت سر بسر معانی شد

Əslən asiman tək olanda adam,Surəti mənaya dönəndə tamam,

نه زمین بر تو راه داند بستنه فلک نیز بر تو یابد دست

Nə bu yer yolunu bağlayar, gerçək,Nə də ətəyinə yol tapar fələk.

گر چه دیریست کندرین بندینتوانی، که سخت پیوندی

Çoxdan bu zəncirdə olsan da, aman,Ayrıla bilməzsən, bağlısan yaman.

نه چنان بر زمانه بستی دلکه توانی شدن برون زین گل

Elə bağlanmısan bu dünyaya sən,Heç vaxt bu palçıqdan çıxa bilməzsən.

من بدین غار سرفراخته‌امکه درین غار جای ساخته‌ام

Mən bu mağarada baş ucaltmışamBurda yaşayıram hər səhər-axşam,

آنکه در غار سور دارد و سیرغیرتش چون رها کند بر غیر؟

Belə sığınacaqda azad olan kəsOnu başqasına verərmi əbəs?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets