مکن، ای خواجه، بر غلامان جورکه بدین شکل و سان نماند دور

Ey xacə, qulama zülm etmə nahaq,Dünya bu qaydada, bil, qalmayacaq.

زور بر زیر دست خویش مکندل او را ز غصه ریش مکن

Gücünü göstərmə xidmətçilərə,Qırma qəlblərini sən nahaq yerə.

که از آنجا تو را گماشته‌اندبر سر این گروه داشته‌اند

Təyin eyləmişlər səni oradan,Sənsən bu zümrəyə başçı, hökmüran,

زان میان یک وکیل خرجی توهم غلام گلوی و فرجی تو

Sən tək xərcləməyə vəkilsən ancaq,Özün boğaz, şəhvət qulusan, bir bax!

بندهٔ خویش را مکن پر زجرتا همت بنده باشد و هم اجر

Bəndəni incitmə, çalış, nahaqdan,Qoy həm bəndən olsun, həm savab qazan.

میتوانش فروخت، گردونستکشتن او ز عقل بیرونست

Onu satmaq olar pisdirsə əgər,Ancaq ağılsızlar onu öldürər.

بنده را سیر دار و پوشیدهچون به کار تو هست کوشیده

Bəndəni geyimli saxla, həm də tox,İşə can yandırar onda daha çox.

جان دهد بنده، چون دهی نانشجان گرامی بود، مرنجانش

Əgər çörək versən, bəndə verər can.Can əziz nemətdir, incitmə bir an.

رزق بر اهل خانه تنگ مکنروزی او میدهد، تو جنگ مکن

Onlara çörəyi qıt eyləmə sən,Savaşma, ruzunu onlardır verən.

در تو خاصیتی فزون باشدتا ترا دیگری زبون باشد

Onların birisi əskilsə məgər,Sənin şəxsiyyətin necə yüksələr?!

بده و شکر آن فزونی کنالف او بس بود تو، نونی کن

Sən ver, artığilə, şükr elə bol-bol,O, “əlif” olmuşdur, sən isə “nun” ol.

گر تو خود را در آن میان بینینبری بهره‌ای، زیان بینی

Onların içində görsən özünü,Bir xeyir görməzsən, anla düzünü.

شربتی در قدح نمیریزیکه به زهریش بر نیمیزی

Şərbət tökmürsənsə qədəhə barı,Zəhərə bulama nahaq onları.

ز تو با درد دل اناث و ذکوراین چنین سعی کی شود مشکور؟

Səndən qadın, kişi qərq olmuş qəmə,Bir söylə, belə iş xoş gedər kimə?!

مکن، ای دوست، گر نه هندوییجان شیرین بدین ترش رویی

Hindli deyilsənsə, ey dost, sən əgər,Qoyma, şirin canı turş üz məhv edər.

خویشتن را تو در حساب مگیربندگان را در احتساب مگیر

– Sən çalış düşünmə təkcə özünü,Çox da bəndələrə dikmə gözünü.

گر چه در آب و نانتند اینهابتو از حق امانتند اینها

Sənin çörəyini yesə də onlar,Haqdan əmanətdir sənə, aşikar.

جز یکی نیست مالک و بندههر دو را خواجه آفریننده

Ağa da, bəndə də eyni şeydir, bax!Hamının ağası Allahdır ancaq.

خواجگی جز خدای را نرسدآنچه سر کرد پای را نرسد

Xacə bir Allahdır dünyada haman,Ayaq ola bilməz başı yaradan.

خواجگی گر به آدمی دادستبنده نیز آخر آدمی زادست

Xacəlik vermişsə insana özü,İnsan övladıdır bəndə də, düzü.

نسبت هر دو با پدر چو یکیستاین دویی دیدن از برای شکیست

Bircədir atası hər ikisinin,Onu iki görsən şəkkin var sənin.

به ز فرزند بد غلامی نیککه بر آرد ز خواجه نامی نیک

Xoşdur pis ovladdan ağıllı nökər,Xacənin adını o, uca edər.

خواجه شاید که کم خلاص شودبنده ممکن بود که خاص شود

Xacə az hallarda olursa xilas,Bəndə də mümkündür dönüb olsun xas.

گر به قسمت سخن تمام شودای بسا خواجه کو غلام شود

Hər kəs qiymətilə ölçülsə əgər,Bil ki, çox xacələr olarlar nökər.

آن که مفلوج شد بدان زشتیگر غلام تو بود چون هشتی؟

Onu iflic vurdu çirkabda, həmən.Sənə nökər idi, niyə atdın sən?!

اگر این بنده را تو گنجوریمرگ ازو باز دار و رنجوری

Əgər sən bəndəyə xəzinədarsan,Ölümü, əzabı qov ondan hər an.

آب چشم غلام خویش مبرمحضر بد به نام خویش مبر

Qoyma yaş axıtsın qulam gözündən,Pis adı özünə layiq görmə sən.

نتوان زد به مذهب مالکغوطه در لجهٔ چنین هالک

Malik məzhəbində olan bir insan,Belə bir girdaba girməsin, aman.

بمرنج از غلام خواجه فروشچون نکردی به خواجهٔ خود گوش

Qulaq asmırsansa, xacənə əgər,Xacə satan olsa, incimə, nökər.

تا ازین بندگیت باشد ننگهیچ از آن خواجگی نگیری رنگ

Sən bu bəndəlikdən eylədikcə ar,Xacədən bir xeyir görməzsən, aşkar.

گرت این بندگی تمام شودچرخ و انجم ترا غلام شود

Olsa bəndəliyin axıra qədər,Çərx, ulduzlar sənə olarlar nökər.

تو که جز خواجگی ندانی کرداین غلامی کجا توانی کرد؟

Lakin xacəlikdir sən bilən ancaq,Səndə bu bəndəlik hardan olacaq?!

گر حیاتی و بینشی داریحیوان را ز خود نیزاری

Əgər canlısansa, gözün varsa sən,Heç vaxt bir canlını, bil incitməzsən..

چه نگه میکنی که گاو و خرند؟این نگه کن که چون تو جانورند

Sən niyə onları sayırsan eşşək,Onlar da canlıdır, bir bax, sənin tək.

بی‌زبان را چنان مزن بر سرز زبانی بترس و از آذر

Dilsizin başına çox vurma, dayan,Bir qorx o dillərdən, oddan, alovdan.

آنکه این اعتبار کرد او رانه بکشت و نه بار کرد او را

Onları yaradıb can verən ancaqOnları yükləyib öldürmədi, bax.

گر نه با کردگار در جنگیبار این عاجزان مکن سنگی

Allahın əksinə getmirsən əgər,Onlara yükləmə daşı bu qədər.

از برون گر زبان خموش کنندنرهی از درون که جوش کنند

Dilləri sussa da zahirdə, inan,Daxildə coşsalar, sən qərq olarsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets