Jam-i Jam, chapter 54
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
داشت عیسی خری کبود به رنگکه نرفتی دو روز یک فرسنگ
Bir eşşəyi varmış İsanın göy rəng,Getməzmiş iki gün heç bircə fərsəng.
من شنیدم که در شبان درازبا وجود چنان حضور و نماز
Uzun gecələri, deyirlər belə,Namazla, duayla məşğulkən elə,
برد یکشب ز رحمت آن بیخوابخر خود را دویست بار به آب
Bir gecə o, həsrət qalıb yuxuya,Onu iki yüz yol aparmış suya.
هر پیی کش ببرد آب نخوردچشم عیسی ز رحم خواب نکرد
Hər dəfə aparır, eşşək içmir su,İsanın gözünə getməyir yuxu.
جمع حواریان چو آن دیدندروزش از سر آن بپرسیدند
Görərək bunları həm səhabələr,Ondan soruşdular bu sirri səhər.
گفت: او را زبان گفتن نیستگر شود تشنه جای خفتن نیست
Dedi: – Danışmayır, dilsizdir ulaq,Əgər susuz olsa, mümkünmü yatmaq?
بار من برده، آب اگر نخوردپیش جبار آب من ببرد
Mənə yük daşıyan susuzsa əgər,Vaxt gələr, üzümün suyunu tökər.
من سیر آب چون توانم خفت؟کو شود تشنه و نداند گفت
O, dinə bilməyir susuz olanda,Su içib mən necə yataram onda.
خواجگی بندگیست خالق راشفقت زمرهٔ خلایق را
Xacəlik Allaha bəndə olmaqdır,Məxluqa şəfqətlə nəzər salmaqdır.
داروی درد خستگان بودنمومیای شکستگان بودن
Xəstə ürəklərə dərman etməkdir,Sınmışa mumiya olmaq deməkdir.
زیر این گرد خیمهٔ مینااز هزاران یکی شود بینا
Bu mavi çadırın altında, zinhar,Mində bir adamda görən göz olar.
گر به درمان خویش پردازدداروی درد خویشتن سازد
Hər kim öz dərdinə gəzirsə dərman,Dərdinə bir dəva edəcək, inan.
سهل گیرد جهان و جاهش راکند آماده ساز راهش را
Dünyaya, varına tutmaz üzünü,Yola hazırlayar hər vaxt özünü.
دستگیر فتادگان باشدپایمرد پیادگان باشد
Hər vaxt yıxılanın əlindən tutar,Piyadə olanın dadına çatar.
در آزار و آز در بنددبهر بیچارگان کمر بندد
Tamah, zülm evinə o, qıfıl vurar,Yazıqlar önündə qulluqda durar.
نستاند زیادتی ز کسیننهند در وجود بوالهوسی
Heç kəsdən heç zaman artıq şey almaz,Gündə ürəyinə bir sevda salmaz.
پیش گیرد ره سبکباریرخ بپیچد ز مردم آزاری
Qayğısız yolunu tutaraq gedər,Bir kəsi incitməz o zərrə qədər.
نیکی داد و داده بشناسدبدی نا نهاده بشناسد
O bilər yaxşıdır kərəm, ədalət,Pis işi görməmiş anlayar, əlbət,
باز داند ستمگران را جایننهد در دراز دستی پای
Bilər zülmkarın hardadır yeri,Zor, zülüm yolundan çəkilər geri.
گر توانی بدیدن این را غورورنه بر خود بدان که کردی جور
Əgər bu sözləri dərk eyləməsən,Bil ki, öz-özünə zülm etmisən sən.
عقد آن جوهری که میبندمجز به نام رسول نپسندم
Bil, bu boyunbağı mənimcə, ancaqPeyğəmbər adına layiq olar, bax!
خواجه او بود و پادشاه خداستامر اچار یارش از چپ و راست
Bax, xacə o, idi, tanrı hökmüran,Onun dörd yarıdır əmirlər haman.
وین دگرها چو سایه از پی نورگشته زان سایه نیز بعضی دور
Başqalar kölgədir o nurdan ancaq,Bəzi kölgədən də düşmüşdür uzaq.
منعمی کندرو کرم نبودهست ابری کش آب و نم نبود
Varlıda səxavət olmasa əgər,O, suyu olmayan buluda bənzər.
زین جگر کوچکان همت خردبیجگر یک درم نشاید برد
Ancaq hümmətlilər bilməzlər kərəm,Möhtaca verməzlər heç bircə dirhəm.
آن کریمی به جز خدا نبودکه ز ذاتش کرم جدا نبود
Kəramət sahibi Tanrıdır ancaq,Səxavət o zatdan heç olmaz uzaq.
کرم اینست رفته قاف به قافبیجواب و سال و منت و لاف
Bax, kərəm budur ki, bir söz olmadanMinnətsiz getmişdir Qafdan Qafacan.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-54
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.