خنک آن پردلان دین پروردل بدین صرف کرده، جان بر سر

Əhsən, o ürəkli din ərlərinə,Ürəyi, canı da verərlər dinə.

همه نزدیک خلق و دور از خویشبه توکل نشسته سر در پیش

Onlar xalqa yaxın, uzaqgörəndir,Təvəkkül eyləyib ömür sürəndir.

خون خود بهر دین فدا کردهپس به دانستها ندا کرده

Canı din yolunda edərlər fəda,Elm ilə yaşarlar ancaq dünyada.

چشم بی‌خوابشان بر آن رخ زردکرده از اشک مردمک را مرد

Yuxusuz gözləri yaş ilə hər an,Hər insancığazı eyləyər insan.

ز علوم گذشتگان ورقینزد ایشان به از طلا طبقی

Keçmiş elmlərdən qalan bir varaqQızıldır onlarçün sanki bir tabaq.

روی در سیر و هیچ زرقی نههمه در بحر و بیم غرقی نه

Düzlüyü sevəndir, hiyləgər olmaz,Hamısı dəryada, batmaz, boğulmaz.

گشته قانع به نیم نانی خشکنفسی خوش زدن چو نافهٔ مشک

Qanedir bir parça quru çörəyə,Bənzər nəfəsləri müşklü nafəyə.

سفره بی‌نان و کاسه بیخوردیپر هنر کرده کیسهٔ مردی

Süfrədə çörək yox, qazanda xörək,Kişilik kisəsi doludur, gerçək.

علم جویان عامل ایشانندرستگاران کامل ایشانند

Əsil elm axtaran alimdir onlar,Onlardır əslində xoşbəxt olanlar.

همره عقل و یار جان علمستدر دو گیتی حصار جان علمست

Elm ağla yoldaşdır, sirdaşdır cana,Hər yerdə hasardır sənin ruhuna.

خفته‌ای، بر سر تو بیدارستمرده‌ای، با حقیقتت یارست

Yuxlasan başında o, oyaq durar,Ölsən, varlığına odur yadigar.

طعمه میجویی، اوست راید توراه میپویی، اوست قاید تو

Sən yemək istəsən, olar dəyirman,Yol göstərən olar yol getsən hər an.

جوهر او نپوسد اندر آبآتش او را نسوزد اندر تاب

Cövhəri sularda çürüyən deyil,Odların içində əriyən deyil.

میروی، با دل تو همراهستمی‌نشینی، ز جانت آگاهست

Yol getsən, qəlbinlə o, yoldaş olar.Otursan, ruhundan olar xəbərdar.

کس نهانش به خاک نتواندتندبادش هلاک نتواند

Heç kəs torpaqlarda gizlədə bilməz,Onu tufanlar da məhv edə bilməz.

شاه و سرهنگ ره به آن نبرددزد طرارش از میان نبرد

Şah, sərhəng də kəsməz onun yolunu,Oğru da bacarmaz aparsın onu.

با تو گنجی چنان روان دایمتو پی حبه‌ای دوان دایم

Belə bir xəznəni qoyub hər zamanSən dən arxasınca hey qaçmaqdasan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice