Badi-səbadan qeyri
Bizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib,Kasıbın heç nəyi yox, indi tavadan qeyri.
Türk vurduqca bizə, «pak-maya»nı paklanırıq,Bizdə hər bir maya var, yerli mayadan qeyri.Elə bil ki, anadan «ustul»un üstündə olub,Tüpürür hər şeyə şöhrətlə paradan qeyri.
Dərəni, dağı alıb, kəndimi həm bağı alıb,Mənə bağdan nə qalıb, abi-qoradan qeyri.
Bir fəqirəm ki, qapım kimsələr açmaz, bunu bil,O «Xlor bacı» ilə badi-səbadan qeyri.
Babadan bərk yapışın, yoxsa qalarsız Babasız,Sizə kim həsr eləyər, şer Babadan qeyri.
12 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-badi-sebadan-qeyri
Use ← → keys to move, R for a random poem
More by this author
Zaman gələr açılar sirr olan cinayətimiz,Açılsa qır qazanı olmaz heç kifayətimiz.
Müqəvva yeriyirYenə al - qırmızı ustullara rüsva yeriyir,Yenə imzalar içində neçə fitva yeriyir.
Urus nemesdü qərdeşim!Bizim qurum "mobil" nidü, əsası səsdü, qərdeşim,Dinəndə "NO"du bilginən, susanda "ÜES"dü qərdeşim.
BakıSentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.
Poems by other poets
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!