Xəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.

Bu doğma yurdun oğul-qızları qəribə qərib,Adı qərib olanın, soy adı vətənsiz olar.

İl əjdahaya dönər, aclığın bəlası gələr,Gələr zaman, bu məmləkətdə quş da dənsiz olar.

Keçir bu ömrdən illər Baba, həmən Babadır,Enər Günəş, sönər Qəmbər, Baba həmənsiz olar.

Gəzib bazarı, yekə zənbil ilə lovğalanar,Bazara sığmayan insan, məzarda ensiz olar.

Bir az da səbr qıl, gəlir Zamana Sahib olan,Bica düşünmə gələndə zəmanə sənsiz olar.

Gələndə Qeybdən O, bir-bir açar sirrləri,Bilərsən onda nədən, başda baş bədənsiz olar.

İlahi, həşrədək bu cismi pak edərsən əgər,Gələr hüzuruna Pünhan, fəqət kəfənsiz olar.

22 iyul 1998. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation