Əvvəli təhrif, sonu tərif elə,Əmr kimindir, onu tərif elə.

Yadlara atma, tutularsan nahaq,Doğmaya at, patronu tərif elə.

Tərif əzəldən bizə ləzzət verib,Məmmədi pislə, Conu tərif elə.

Doğruya, tonlarla «klin» vurmuşuq,Vur yenə killin, tonu tərif elə.

Can bizə lazım deyil əsla, belə,Canda donub qan, donu tərif elə.

Bəzmi-Füzuli Bakıda təkdi, tək,Sal yada hərdən bunu, tərif elə.

Axırı, Pünhan, qoyunu qurd yedi,Qurda de əhsən yunu tərif elə.

16 iyun, 1997, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland