Bircə saqqal daragımız
Hər şeyimiz qaydasında,Hər işimiz düz.Kimin şəkki-şübhəsi var?Nə söhbət, nə söz?!Yerbəyerdi, cabəcadıHər növrağımız,ÇatışmırdıBircə saqqal darağımızÖlüm hökmü ləğv edildiDiyarımızda.Bəli, bircə bu çatmırdıRüzgarımızda.Yetimimiz-yesirimizÇadırlarda, vaqonlardaƏsirdən pis əsrimiz...
Bunun dəxli yox özgəyəSözməsəli lap özgəyə...Bəs necə biz insanpərvərMillətik canım.Toyda-vayda,Sağlıq üstə,Söz üstündə,SifarişliRəqs üstündəCəhənnəmə tökülsün qanım.Ölüm hökmü vəhşilikdirƏlbət ki, əlbət.Sən özünü ən mədəniMillətlərə qat.Lap onunu tikə-tikəDoğrasın biriDəxli yoxdur,ArxayındırNə gülləsi, nə də kəndiriAvropanın ŞurasındaQərbin ora-burasında
Ucalaq təki,BMT-nin gözlərindəUcalaq təki,Kitabında-dəftərindəUcalaq təki.Gör nə qədər ucu itmişKələfimiz var.Əlil-zəlil, çolma-çocuqXələfimiz var...Gör nə qədər düyünümüzHələ açılmır.Milyon qaçqın ürəyinəŞəfəq saçılmır.Aç əlini, aç qolunuNeçə azğınınBalasına həris oğraş -Neçə qızğınınÖlüm hökmü nəyə lazım,Hədərdi hədər.Ölümsüz də, hökümsüz dəArtır canilərAyıb deyil,
Həm də bizə nə deyər bəşər?!Deməzlər ki:Əşşi, günün-günorta çağıBaşlayınız:Güllələyib, kəsib-asmağı!Bas belinə beş il, on il-Gedib uyusun,Gedib yatıbBeyni-başı bir az soyusunBuraxılıb çıxsın cövlana,Əllərini qoy təzədənBatırsın qana.
Hər şeyimiz qaydasında,Gözəl, yerbəyer.Bir o qalıbQatillərə sən qol-qanad ver.Adını qoy insanpərvər-Kövrək bir ad ver.
25 oktyabr 1999
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-birce-saqqal-daragimiz
Use ← → keys to move, R for a random poem
More by this author
həmin yer Bakının Digah və Məhəmmədi kəndlərinin arasındadır*(lirik poema)*
Qoy danışsın təbiətİsmayıllı lövhələri*Günəş gah görünür, gah görünməyir,
Göyçay narıPayızın nəfəsi bağlara dəyəndə,Çəmənlər öz sarı donunu geyəndə,
Adsız bulaqlarMən bulaqlar tanıyıram suyu buz kimi,Axıb gedir nəhayətsiz arzumuz kimi.
Poems by other poets
کردیم به کوه و دشت پرواز بهم
Əldən gedərBu cahanda istədiyim mehriban əldən gedər,Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər.
Kamın alSəy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,