Göyçay narı
Payızın nəfəsi bağlara dəyəndə,Çəmənlər öz sarı donunu geyəndə,Bar dolu ağaclar başını əyəndə,Alışıb yananda sənin də yanağın,Əlimi cızanda tikanlı budağın,Uf! - deyib, mən səni dərəndə sevmişəm,Alagöz bir qıza verəndə sevmişəm.
Bu ana yurdumun ən zərif ne’məti,Çinarlı Göyçayın əbədi şöhrəti,Süfrələr bəzəyi, ağızlar ləzzəti,Min azar-bezarın ey şəfa dərmanı,Torpaqdan, günəşdən yaranmış loğmanı,Mən səni bu sağlam canım tək sevmişəm,Bir dolu piyalə qanım tək sevmişəm.
Bir zaman oda da “nar” demiş babalar,Burda bir oxşayış var demiş babalar.Adına müqəddəs bar demiş babalar.Gülöyşəm, nə bilim, nə bilim, axı sənAlovlar yurdunda nə zaman bitmisən?Mən səni bu cənnət diyarda sevmişəm,Babalar görməyən rüzgarda sevmişəm.
Son bahar... Şirvanın düzləri ağ olur,Pambığın tayası böyüyür, dağ olur,Hamının kefi kök, damağı çağ olur.Arabir tarlada yananda dil-dodaqDirəkdən asılmış şaxədən alaraq,Səni bir iştahla böləndə sevmişəm,Ləkəni əlimdən siləndə sevmişəm.Möhtəşəm ölkəmin bir yanı ucaldır,Hələlik orada nar bağı xəyaldır.Eybi yox, sibirə sovqatım halaldır,Bəlkə də sarısaç bir gözəl bir zamanHeç səni ayıra bilməyib almadanQabıqlı-qabıqlı yeyəndə sevmişəm,
– Bu ki, lap acıymış! - deyəndə sevmişəm.
Gülöyşəm, ömrünün əvvəli, sonu yox,Dünyada sənə tay bir meyvə hanı? Yox!Kim sənə deyərsə qanı var, canı yox,Səhv edər, belə söz yaraşmır nar, sənə,Diridir, pərdənə bürünmüş hər dənə -Mən səni bir həyat rəmzi tək sevmişəm,Yüz barın içindən seçərək sevmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-goycay-nari
Use ← → keys to move, R for a random poem