Qocaman Kəpəzin ətəyində sənNecə narın-narın cilvələnirsən.

Sahillər ətrindən xumar, göy gölüm!Gah qırçın, gah da ki, hamar göy gölüm!Bir anda neçə cür görkəm alırsan,Bir anda neçə cür rəngə çalırsan.Hər zərrən, hər gilən dürdanədirmi?Nağılmı, xəyalmı, əfsanədirmi -Qarşımda açılan mənzərən sənin?Bayaqdan önündə durub mən səninHüsnünə baxıram səssiz-səmirsiz.Birinci dəfədir görüşürük biz.Bunu xəcalətlə deyirəm, inan,Bəlkə də keçərsən bu günahımdan,Dağlar arasıyla burulan göy göl.Bə’zən güzgü kimi qırılan göy göl!Qırılma, meşələr, dağlar kövrələr...Marallar ağlayar, qırılsan əgər...Gəlinlik aynası bu təbiətin,Sənsiz üzə gülər bu yerlər çətin.Rəssamı köməyə çağırmıram mən,Zərər yox, utanmaz varını verən.Budaqlar əks edir səthində sənin,Yarpaqlar rəqs edir səthində sənin.

Onlar öz rəngiylə boyamış səni,Onlar gömgöy etmiş bahar, qış səni,Yoxsa sən şəffafsan adi sular tək,Safsan, ləkəsizsən pak duyğular tək.Dibin gör necə də görünür aşkar,Köklər, ilanvari qıvrım budaqlarSaçaq-saçaq otlar, əlvan balıqlar,Xırda şappıltıdan qorxan balıqlar;Qayıqla seyrinə çıxıram bu dəm.Avar çəkənlərin qolları möhkəm,Çəkirlər, axırıq sularında biz,Ətrafa baxırıq sularında biz.Sən göy, asiman göy, dağ göy, meşə göy,Hər bir guşə dilbər, hər bir guşə göy.Əks edir quşların cəh-cəhi səndə.Əks edir min qəlbin fərəhi səndə.Rahat nəfəs alır ciyərlərimiz,Bir anda on beş il gəncləşirik biz.Göy Gölün qoynunda qayıq yellənir,Qayığın içində qarmon dillənir.Nəğmə oxuyuruq ürəyimiz şad.Fikrimiz, duyğumuz açdıqca qanad -

Biz gölə sığmırıq, göl yatağına,Alqış ömrümüzün bahar çağına!Buludlar ötüşür qatarbaqatar,Sularda tərsinə əks edir onlar:Üzür bir sal buzun parçaları təkKiçilir, əriyir gözdən itərək.Göy Göl, gözəlliyin gəlməsin gözə,Min il bəzəmisən, min il də bəzəBizim Azərbaycan torpağını sən.Səninlə fəxr edir bu xalq, bu vətən.Sənin sahilinə kim gəlmir qonaqOdur qatar-qatar çadırlara bax!Göy Göl, keşiyində durmalıyıq biz.Bizim səliqəmiz, bizim zövqümüz,Burda başqa aləm yaratsın gərək.Gərək görünəsən min dəfə qəşəng,Sorağı ellərə yayılan Göy göl!İncilər incisi sayılan Göy göl!Mən sənin seyrinə dalsam da min ilGözüm tamaşadan yorulan deyil.Mən səni öpərəm, içərəm, Göy göl!Qətrənçin canımdam keçərəm, Göy göl!

Axı, bircə ovuc su deyilsən sənAnasan, torpaqsan, vətənsən, vətən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland