Otuz yeddidə
Yazıçı seyid hüseynSatmadı bir nəfəriOtuz yeddidə.Ədibi sındırmadıCəllad işgəncələriOtuz yeddidə.Biri birini çoxuSatdı otuz yeddidə.Satan da, satmayan daBatdı otuz yeddidə.Otuz yeddidə satdı.
Biri birini hamı.Yazıçı seyid hüseynSatmadı bir adamı.Qorxudan bir-birininÇoxu üzünə durdu.Ruhullasa dişiyləTac damarını qırdı...Çoxu nakişi oldu,Çoxu çıxdı naxələf,Satqınları hamıdanƏvvəl etdilər tələf.Satqınlar canlarınıSatın almaq istədi.Can şirindir, neyləsinDiri qalmaq istədi.Diri qalmaq bir ayrı,Yaşamaq ayrı söhbətBir var dipdiri ləkə,Bir də var əbədiyyət.Müşfiqin işgəncəyəNə qədər çatdı tabı?Götürdümü üstünə
Atılan o çirkabı?Bu kəmfürsətO cəlladdanDaha da beşbetərdi.Görən otuz yeddidəKəmfürsətim nə qədərCəlladım nə qədərdi?!
23.02.1999.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-otuz-yeddide
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
چون بر شیرین مقرر گشت شاهیفروغ مُلک بر مه شد ز ماهی
Nə edimBir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçünyeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
İstidən şikayətDe göriim bir menə, xüdavenda,Bu bədən qurğuşundumu, ya misdi?