Var əl borcu;Yüz aldınYüz qaytar.AldığınıDüz qaytar.

Var əməl borcu;Əməli salehlərə,Salehə valehlərə,Ülvilərə,Qüdsilərə,Min oğuldan birinə,Millətin şairinəHeykəl borcu.

Var təməl borcu;Təməlsiz olmusanMəgər?Şair kimiHavayla dolmusanMəgər?Havadan asılıb qalmısanMəgər?Sənə təməl qoyublar,Sən də boş-boş dayanma.Sabahkı xələfinəTəməl borcunu danma!

Var vəfa borcu;Yoxdu eyş, işrətZövqü səfa borcu,Var cəfa borcu,Var sədaqət borcu,Məhəbbət borcu.Var dəli sevda borcu,Ceyran gözlüGüli-rə’na borcu.

Leyli Məcnun borcu varHər gəncin ürəyində,Arzusu-istəyində.

Xəyanət borcu yoxdur,Rəzalət borcu yoxdur,Cinayət borcu yoxdur,Cəhalət borcu yoxdur,Xəyanətə xəyanətlə,Rəzalətə rəzalətlə,Cinayətə cinayətlə,Cəhalətə cəhalətlə,Haçan cavab verilmiş,Görülübmü böylə iş?!

Borc başqa,Əvəz başqa.Qərəzə qərəz başqa.Borc halallıq söhbəti,Halallıq haqq-hesabı.Borc bir kişi sifəti,Borc bir vicdan əzabı.

Ata-anaya xidmət,Ana yurda sədaqət.Borcun açıq qapısıSayılmalıdır əlbət.Yetimə çörək,Xəstəyə ürəkƏlif-beyidi borcun,Adi şeyidi borcun.Bir can borcumuz da var,Gəlməlidir əzrayıl,Ayıqsansa da ayıl!Bəli də, əzrayılıHeç cür görməmək olmaz.Beşikdə yatmışıqsa,Qəbrə girməmək olmaz.

Vicdan borcumuz da var,Ödənib bitən deyil,Gözdən yayınan deyil,Hesabdan itən deyil.Bəzən elə bilirik

Bu borcdan asudəyik.Çünki öz-özümüzəYamanca aludəyik.Adicə bir tərpəniş,Adicə bir davranış,Adi bir mülahizəDüşür tərs-avandına,Dönür vicdan borcuna.Bir allah şahid olur,Bax, bu pünhan borcuna.

Asılılıq borcu var,Hamı onun quludur.Bu borc içində üzən,Hara baxsan doludur.

Kürreyi-ərz günəşinBaşına borc dolanır.Dolandıqca, borcununSonsuzuna inanır.

Ulduzlar aya borclu,Ay günəşə borcludur.

Atəş suya borcludur,Su atəşə borcludur.Hava torpağa borclu,Torpaq havasız ölü.Bu vəhdətdə də borc var,Müşgüldü ki, müşgüldü.

Millətlər qurban kəsir,Qurban niyyət borcudur.Dağlar vulkan püskürür,Vulkan hiddət borcudur.

Borcun qızdırmasındaAlışıb yanırıq biz.Nə borcu ödəyirik, -Nə borcu danırıq biz.

11.10.1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets