Pərdə lazımdırsa,Alın pərdəni.GünəşAynabəndə odYağdırandaSalın pərdəni!Yoxsa ki,Elə-beləPərdə nəyə gərək?Qoy göz işlədikcəHər tərəfi,Hər yanı,Bu işıqlı dünyanıYaxşı-yaxşı görək.Evini-eşiyini,Çox dəlmə-deşiyiniKənar gözdən, nəzərdən,Küçələrdən keçənlərdənGizlətmək istəyirsənsə

Hökmən pərdə gərəkdir!Pərdə tut,Pərdə çəkdir!Gözümü qamaşdıran işıqZiyandır.Bir də o şey kiPünhandır.Pərdəsini götürmə,Amandır!Səhnə pərdəsi də var,Açılmağını intizarla,QapanmağınıAlqışlarlaQarşılayırTamaşaçılar.Bu məxmər pərdələrlə,Bu kətan pərdələrlə,Bu saya pərdələrlə,Bu əlvan pərdələrləBirgə...Bir pərdə dəTanıyır hamı.

Tale özü saxlasınBu pərdəni tanımayanAdamı.TanımamaqDərd yarıdır yenə;Bu pərdəniGözgörəsiDartıb,Yırtıb,Yığıb,Büküb-bürmələyibBir qırağaTullayandaDeyim sənə.Üz pərdəsi,Sifət pərdəsi,İsmət pərdəsi,Abır-həya,Nur-ziya pərdəsi,Rəftar pərdəsi,Namus-ar pərdəsi.Qulağın da pərdəsi var,

Yoxsa karsan.Gözün də pərdəsi var,Yoxsa korsan.Bəs gözdən asılanPərdə necə?BacarırsansaGözdən asılan pərdəniAlma vecə.Ləyaqət pərdəsi var,Yoxsa...Sarı köpüksən.Beynimizin hər kürəsi,Hər kürənin hər zərrəsiPərdədədir.Bütün vücudumuz,İllah da ki...ÜrəyimizArakəsmə-arakəsməPərdədədir.Pərdə,Pərdə,Pərdə.

Yoxsa...Aləm bir-birinəQarışıb gedər də...Ana-bala pərdəsi,Ata-bala pərdəsi.Bacı-qardaş pərdəsi,Yaş fərqi,Yaş pərdəsi.Tarın pərdələri var-Zövq-səfa pərdəsi.Narın pərdələri var-Ne’mət-qida pərdəsi.Pərdələrdən ehtiyat!Çılpaqlaşmasın həyat!Bu pərdələrNazilsə,Süzülsə,ÜzülsəXudahafiz...PərdəsizNə insanıq biz?!Götürülməsin

Xətir-hörmət -Pərdə.Mərdi qova-qovaDöndərməyək namərdə.Üzümüzdə qalmasın.Dırnaq yeri,Cırmaq yarası...Pərdəli olsunArasından suKeçməyənlərin dəArası.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets