Sən bir zaman nəhəng idin, ay pişik!Qorxunc, xallı pələng idin, ay pişik!Cütcü baba oyun açdı başına:Hiylə qurub qoşdu səni xışına.Vıyhavıyla vıyıldadı qamçılar,Qamçıların uclarında damcılar...Damcıların nar giləsi hər biri...Nə qanlıymış o cütçünün tədbiri.Babam deyir: - boş, havayı sözdü bu.Cütçü baba itirmişdi ağlını?İncidəydi əli-qolu bağlını?Kişi olmuş bizim kişi babalar,

Görməzdilər belə işi babalar.İgid olub, pələng olub nəslimiz,Pələnglərə qurmamışıq tələ biz.Quyruğunu basmamışam bircə yol...Yerin isti, sür-sümüksüz ətin bol.Özün üçün gərnəşirsən tox, pişik!Bir dəyənin dolaşanın yox, pişik!Ayağıma sürtə-sürtə üzünü,Gah yumursan, gah açırsan gözünü;Gah qıvrılıb xorul-xorul yatırsan,Gah aləmi bir-birinə qatırsan,Bir zamanlar pələngdinsə əgər sən,Dönüb pişik olmuşdunsa, zülmdən,Qayıt yenə pələngə dön, ay məstan!Nə deyirsən, bir danış, din, a məstan!– Miauu, miauu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets