Kobud torba üzərində rəsm edilib: Yesenin,Damağında qəlyanı...Sex rəisi! – dedim, – yəqin, ağlın çaşıb ya sənin,Ya qudurub biləyinə dolamısan dünyanı.

Yoxsa şair şöhrətini çevirməkçin qazancaTalesiz bir sənətkarı fağır bilib seçmisən,Pul izinə düşə-düşə öz yolunu azıncaYeyib arı-namusu da üstündən su içmisən?

Evdar qadın pudra atır, kartof yığır, şor tökürLirik şair “Yesenin”li o torbanın içinə –Söz sərrafı baxışına duman çökür, çən çökür,Şəxsiyyəti təhqir olur... qadının nə vecinə –Gəlib gedən şəklə baxır... ona baxır üstəlik,Nə dərdinə, belə torba dəbdir, yoxsa xəstəlik?

Sex rəisi! Torba üstə alaq çəkdin – dinmədik!Sahibinə təpik atan ulaq çəkdin – dinmədik,Şlyapalı bir quldur da, qara saqqal keşiş də,Lüt kişi də, lüt arvad da, ucuz-müftə öpüş də...

Abrımızdan üzümüzü yana tutduq – dinmədik.Kinimizi, hirsimizi güclə udduq – dinmədik.Dinmədikcə iştahını artırırsan sən ancaq,Hər gün təzə pəstah açır kirli əlin-ayağın.Gözəlliyi, ləyaqəti qərq eləyib udacaqDehnəsindən kəsilməsə boz-bulanıq bu axın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets