Bizim Naxçıvan şehərində hər vaxt ki, bir teziyə məelisi, yainki
təkiyə və ya bir ehsan və qonaxlıq oldu ve şəherin ağbaş, göybaş və sanbaşlart cərgə ilə dallarında mütəkkə ve altlarında döşək yuxan tərəfdə əyləşdilər, danışmağa heç bir söz tapmasalar başlayacaqlar
Əshabi-kəhf barəsində bəhs etməyi. Biri deyəcək ki, esi! Əshabikəhf
həmİn Naxçıvanın iki ağaclığmda olan mağaradadır ki, hər il baharda arvad-uşaq, böyük-kiçik gedib oram ziyarət edib həm kef çekiriər və həmi hər kəsin nə muradı olursa hasil olur. O birisi deyecek ki, xeyr, əstəğfurullah elə, Əshabi-kəhf o mağaradan ibarətdir
ki, gün çıxandan batana kİmi onun içindən işığını kəsməsin və həmin
mağara da bir rəvayetə görə Ərəbistanda Mekka ilə Mədinənin
arasındadır və bir rəvayətə görə Şami-şumun yaxınlığındadir. Bu
deyib, o deyıb, bu çığtnb, o bağınb, bir-ikı saat boğazdöyüşü ve ya
yaxa yırtmaq edəndən sonra çıxıb dağılıb gedəcəklər işlərinə ve gene
Əshabi-kehfin harada olduğu sübutsuz və dəlilsiz qalacaqdır.
Gencelilərin, canına qurban olduğum goy İmama, bakıhların
Bibiheybətə, şamaxıhlann Malakan pirinə və Hacı Seyid Əli ağanm
qəbrinə, şuşalıların Hərət Abbas pirinə imanlan kamil olduğu kimi,
naxçıvanlılann da Əshabi-kəhfə o dərəcedə ixlas və ıradətləri kamıldir.
Hətta bu ilin içində iki nəfər bəy vəfat edənde məxsusən vəsiyyət eləyiblər ki, bizim cənazəmizİ aparıb Əshabi-kəhfdə dəfh eləyin, tainki yeddi kimsənə olsun doqquz. Və qövm-qebilələri də
aparıb oradacabasdınblar. Və soz yox ki, indi onların ruhu cənnətdə
rəhmət dəryastnda üzür.
Bu cür piriər və zİyarətgahlar, Allaha şükür, islam aləmınin hər
şəhərində və hər qəsəbəsində və hər kəndində və hər dağ başında
vardır. Və İldə yüz minləriə azarlılar, kor və şikəstlər oralara züvvar
oiub, gedib sağalıb gəlirler. Və daha yaxaları dinsiz-imansız rus həkimlerinin
elindən qurtanr. Müsəlman camaatıntn dünya və axirətdə xoşbəxtliyi
bir bu cür ocaqlann və imamzadaların bərəkətindəndir, bir Kerbəla və Xorasan ziyarətinin nezirindən və bir də məhərrəm və səfər aylannda şükuhlu ve cəlallı təziyedarhqdan. Çünki insan o şəxsə demok olar ki, onda temiz ürək və saf qəlb ve dürüst etiqad olsun.
Yoxsa, “ger nə bəşed etiqadət, cümle karət batil əst" Kişidə ki, iman və etiqad olmadı bir qəpiyə dəyməz. Çox adamlar heqiqətde ctiqad- SLzhqdan və imanı süstlükden dünya və axirətdə zəlil ve xar olurlar...
Bu cür ziyarətgahlarda və müqəddəs rövzəlordə ildə minlərlə
nıöcüzəler və xarüqüladələr olub, necə ki, korların gözleri açılıb və
şjkəstlər sağlam olurlarsa, habelo çox vaxt olur ki, gözlülər ve
sağlamlar şikəst olurlar, Bu da vaqiedə gene delildir onların
etiqadlarının süstlüyünə ki, bəzi o cür müqəddəs yerlərə şəkk
gətirirlər.
Mənim bu cür ziyarotgahlara heqıqətdə etiqadım kamildir. Amma
məni həmişə şaşırdan bircə bu olur ki, bilmirəm niyo bəs bunlar
acıqlarmı bircə iranlılara töküriər və həmişə çanaxları iranlının
başında çatlıyır,
Doğrudan necə ki, Salarüd-dövlələr, Rəşidül-mülklər hər yerdə
iranlım qınr, qonsullar, naiblər, fən"aşbaşılar hər yerdə iranhnı soyur.
Podratçılar, zavodçular, fabrikantlar hor yerdə iranlmın pulunu kəsir.
Habelə də həmişə piriər və ocaqlar biçarə İranlıya qəzeb edirlər.
İramn Sərab mahalmda bir nəfər şəxs Hüseyniyə saxlayana bir müxtəsər
rişxond eden kimi fövri rəngi qapqara qaralıb ölüm halətinö
düşür. Daha bu pirlər və bu rövzələr zalimlərə, şəqilərə, xalqın qanını
içenləro qəzəb eləmirlər ki, Allahın biçarə məxluqları onlarm zülmündən xilas olsun. Səməd xanlan ki, nəinki bir müqəddəs rovzələrin, bəlkə bütün islamiyyətın ehtiramını götürür, cəzasına yetirmirlər ki, başqalara ibrət olsun və o qəddar dəxi gün-gündən şəqavətin
artırmasın. Belə ki, bu günlərdə Tehrandan Təbrizə məclise vəkil
scçməkdən ötrü bir neçə nəfərin gəlməyini eşitcək hökm yazıb rastələrə
və dərbəndlərə yapışdınbdır ki, hər kəs məcIİs intixabı barəsİndə
bir kəlmə belə danışsa onun başı formandadır ve Tehran da
həndə-məndə danışsa, Azərbaycanı büsbütün İrandan ayıracağam.
Odur ki, yazıq əhalı cınqırlann belə çeks bilmirlar. Çünki çox şiddətli
və bərk hökmdür və hökmün altmda da öz möhrünü basıbdır, hansımn
ki, səci bu mezmundadır:

“Ara qali, yaıı konare, baş nenıəd,
Xırsi-xuda, qulibiyaban Semod".

  • “Molla Nəsrəddin", 21 dekabr 1913, N 28

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şeytan fəhləsi

Kabla İmamverdi, neçə vaxtdır Meşedi Orucəli heç görükmür, bir ayrı ycrə-merə getməyibdir ki?Xeyr, kablayı, bankda isroqu var, neçə gündür əlləşir, diizolde bilmir, başı qanşıqdır.

4 min
Qara bayram

Dünyada hər bir şeyin ağı da olur, qarası da. Heç bir zad deyil ki, ağ ola bilsin, qara ola bilməsin. Bu iki rəng bir-birinə lazım-məizumdur. Qarasız ağ, ağsız qara heç bir vaxt insana xoş gəlməz. Məsələn, qara bayram olmasa, ağ bayramın ləzzəti məlum olmaz. İranda, Qafqazda olan müsəlmanlar İndİyacən Türkiyədə tökiilen qanlara, yanan xanmanlara, şəhid olan növcəvanlara qara bayram saxlayıblar ki, indi bu ağ bayram da oniar üçün bu derecede guvara gəlir və qüwəsi olan öz pulu ilə, olmayan özgədən pul borc alıb, yainki paİtar-palasın, misin-tasm girov qoyub todarük görüb cəlal ilə bayram saxhyır.Bu bayram, həqiqətde, çox böyük hayramdır və iranhların milli bayramıdır və çünki biz qafqazlılar da onlar ile qonşu və həmdərdik, bizım de bayramımızdır, yəni təqribən dord min İ1 bundan qabaq homin bu bayram giinündə İran padşahı Cemşidi-Cəm təxtde eyleşib camaata izniamm veribdİr ki, hər kəs istese onun görüşüne qorxusuzhürküsüz gedib cəlahna, cəbərutuna tamaşa etsin vo həmin gündə xəzinəsinin qapısını açıb gəlib-gedənə ənam, ehsan, bəzl, bəxşiş eləyibdir. Odur ki, bu günün şərəfmə və ehtiramma bu it tran dövləti böyük manifest verəcəkdir və bu manifestin fərmanı neçə vaxtdır yazılıb, ancaq İranda məclisi-məbusan olmadığmdan ve Nasiril- Mülkün Avropaya qaçdığından imzalanmamışdır.

3 min
Məşədi

İdareyə indiyə kimi azından əlli adam kağız yazıb xahiş edibdir ki, AJlah xatirəsi üçün bizim adresimizi Meşədi Cefer, Meşedi Əli yazmayın! Yavan Cəfər, yavan Əli yazın!Mən qabaqca bu kağız yazanlan məsxərə eyləyirdim və gülürdüm kı, əcəba bir surətdə ki ildə yüz minlərlə adamlar Məşhədimüqəddəse müşərrəf olub və mİlyonJar i!ə pullar xercləyib belə böyük səadəte yetişirler ki, həmi adlanna meşedi deyilir və həmi də behiştdə böyük-böyük qəsrlər onlardan ötrü mühəyya olunur. Məgər eyləyirlər? Sonra düşündüm, məlum oldu ki, xeyr, bunların çoxusunun ya ata-anası nazir deyib uşaqtıqda apanb Xorasana ve yainki siğə havası vurub başlarına gedibiər ziyarətə və sonra da gəlib peşiman olublar və indi arlarına gəlir ki, biz itilget müsəlman ola-ola, niyə bizim adımıza meşedi deyilsin?

1 min
İftira

Mən çox təəccüb edirəm bu musurman qardaşlara ki bu qədər bir-birlərinə zülm, ədavet, şeytenet, xəyanət elədikleri bəs deyit, indi də başlayıblar bir-birlerinə iftira deməyi və böhtan atmağı.Fazil Məcusİnin rəyinə görə ki, TÖhfənin aşağısmda yazıbdır: ƏlbÖhtanu əqbəhu min əməlii-müsliman, yəni bobtan bir şəxsin haqqında demək müsəlman işində de pisraqdır, Gərek insan iftiradan, böhtandan uzaq olsun.

3 min

Poems by other poets · Satire