Hər çəmən səhndə kim ol şahi-şuxvəşin olurDudi-ahım əbri-gövhərbar tək örnək olurKasə-kasə xuni-dil kim gərdişi-gərdun verirBaşa biikrah əgər çəksən mey, kar olur

Bu bağrım qana döndü hicr əlindən saqi, mey qanıTutuşdu üstüxanım qandadır nabi və ney qanıNə Rüstəm qaldı dünyada nə Zalü Zər nə KeyxosrovSüleymanın bisatı qandadır kasü key qanı

İstərəm aləmdə hərgiz bir zaman şad olmayımÇünki könlüm mən məlul olmağımla şad olur

Səbzə tək mən də bir ümidlə pamal oldumNola ey sərvi-rəvan başıma salsan saya

Saqi ayağa qanımı gər tökmək istəsənBarı şərabi-nabla et bixəbər məni

Qara daş ilə gövhər bir dərd xiridar olmasaPadşahım bilgilən mən təki gədalar qədrini

Təraş et hər nə var başında, qoy dursun həmən kakilQırılsa qəm deyil, ləşkər gərək sərdar sağ olsun

Əlindən cana yetdim, istərəm tərk eyləyim mehrinMənə bu işdə verməz neyləyim hərgiz rza könlüm

Əğyar ilə gəzən gözüm, ol dilrubayı görHər nakəs ilə həmdəm olan bivəfayı gör

Bizi bir kərrə anar olsan gələrmi şanına nöqsanSüleyman munca şövkətlə anardı daima muri

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern