Kişilik, şücaət, qeyrət yağardı,Sənin duruşundan, baxışlarından.Görmədim mən səni qorxasanİşdən, yoxsulluqdan,şahdan, vəzirdən,Səndəki iradə, qətiyyətHeyrətə gətirirdi məni, atam.Ayırmadın sevincini, dərdiniXalqımızdan, ailəmizdən.Sənin anama, bacılarımaEtdiyin hörmət, məhəbbətYaratdı bu müqəddəs hissləri məndə.Xatırlayıram sənin gülüşünüXalqının gülüşündə.Göz yaşlarını –Bir uşağın ölməsində.Bunlar hamısı kifayət edər,Mən baş əyəm sənə, atamBir insan kimi.Fəxr edirəm ki, böyütdün məni,Öz zəhmətinlə.

06.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland