Özümlə bu dünya arasındaBir körpü görürəm.O tərəfində duyğular, ehtiraslar,Sevdalar, dostlar,Nələr, nələr bürüyüb mənim canımı,Gecələr yatmamışam,Pul, məqam, sevgi qüssəsindən,Gündüz çalışmışam çox qazanamÇox yığam övladıma, özümə.Bilməmişəm bundan başqaAzadlığın olmağını.İnsan dərdi çəkməmişəm,Amma dərddə yaşamışam,Tapmışam dostu məhəbbəti, içərimdə.Axtarmamışam –Pulu, sərvəti özgələrdə.Daha illər keçib bu təcrübəylə,İnanmıram pula, sərvətə, boş sevdalaraSaxta dostluqlara.Amma inanıram,Təbiətin ilahi sevgisinə.

06.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets