Bir uşağın dilindən
Anam, atam yola getmirlər evimizdə,Savaşırlar bir-biriləgecə-gündüz bilmədən,Sevmirəm bu haləti,qaralır dünya gözümdə.Atam anamı döyəndəRuhum çıxır canımdan.Ölüm istəyirəm o halda,Bacarmıram qurtaram onları.Oturmuşam pillələrin üstündə,Otağımın guşəsində, bir ağacın altında.Sanki dünya qərq olubMən qalmışam kənarda.Kaş, nə anam evlənəydi,Nə də atam onu bu vəziyyətə salaydı.Bu bir cinayətdir,Mənim taleyimə yazılıb.Kimə şikayət edim?Allaha?Allah da qalıb aciz bu cahillərin əlində.
05.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-bir-usagin-dilinden
Use ← → keys to move, R for a random poem