Bir uşağın dilindən
Yaşayırdım gül-çüçəkli həyətdə,Firavanlıq içərisindəBacılarımla, ata-anamla kəndimizdə.Cənnətdən danışanda gəlirdibu həyət, bu ev,bu firavanlıq nəzərimə.Dəyişdi bu cənnət cəhənnəm oldu.Bir anda, bir göz qırpımında,Öldürdülər ermənilər cavan atamı.Atamın ölümü –Yandırdı-yaxdı kəndi nəzərimdə.Qeyb oldu xoşbəxt günlərimiz.Anamın çöhrəsi saraldı, soldupayız yarpaqları kimi.Səpələndik hərəmiz bir tərəfəUnutduq o uşaqlıq məhəbbətini.Sanki yer-göy düşmən oldu bizəBilmədim küsüm Allahımdan,dövlətimdən, yoxsa özümdənAldılar düşmənlər həyatıAtamın ölümüylə bizdən.
13.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-bir-usagin-dilinden-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Bilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
İndiA beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
Nə deyimQadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?
YoxduQürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.