Xatırlayıram –Mehriban əmimin ölümünü.Balaca əmim oğlanlarınınQüssələnib, saralıb solmasını.Mən də onların yaşındaydım.Hiss edirdim ölümün gətirdiyiboşluğu, qəm-qüssəni,Onlara gedəndə duydum –Əmimdən sonra evin boşalmağını.Elə bil hava yox idi nəfəs almağa.Əmim oğlanları unutmuşdularOynamağı, əylənməyi.Heç bilməzdim atanın ölümüBunca viran edərbir ailənin həyatını.Hətta daşı-divarı da dəyişər.Unuda bilmirəm –O qüssəli, kədərli günləri.

13.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death