Öz şəhərində qərib olmaq çətindiTək qalasan, tək işləyib, tək yeyəsənOlmaya ailən,Yalnız yaşayasan xatirələrlə.Yediyin nemətlər böyüyə ağzında.Uda bilməyəsən tikələri.Gecə-gündüz daşıyasan ailə xiffətini.Xəyallarda düyasanUşaqlarının qulaq batıran səslərini,Süfrənin toy məclisinə bənzəməsini.Evdə biri-birinə qarışan uşaq libaslarını,Başmaqları, çəkmələri.Səhraya dönür evBunlar olmayanda.Allah qorusun məni,qocalıqda bu halətdən.Buna görə sevirəm uşaqları,Onların səs-sədasınıKüçədə, məktəbdə, evimdə.

13.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets