Bir gün oturmuşdum evimdə,Gəldi bir qonaq uşaqlarıyla bizə.Leyla, Seyfəddin, Sona –Təəccüb etdim,Həyəcanımı gizlətdim qonaqdan.Görəndə ki, Leyla bənzəyir mənimsüd bacımaSeyfəddin də bənzəyir,Eynilə qardaşım İsmayıla.Onun yaşıl, iri gözləriHərəkəti, baxışı,Həm sevindirdi,Həm qüssələndirdi məni.Sevindim ona ki,Bir millətdə var bu qədər bənzəyiş.Qüssələndim İsmayılı erkən itirdiyimə.Amma nə yaxşı ki,Seyfəddini bağrıma basdım,İsmayıla olan hisslərimi yaşatdım.

3.11.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets