Məktəbdən dönən günlərim
Məktəbdən qayıdanda –Anam uzaqdan açardı qollarını.Elə bil dünyanı verərdilər mənə,Ruh gələrdi, həyat gələrdi canıma.Qanad axtarardım uçmağa.Həyətdə, anamın dövrəsində oturubÇörək, pendir, göyərti…Daha bilmirəm nələr istərdim.– Verəcəyəm sənə hər nə istəsən,«Gözümün işığı» - söylərdi anam,Yu əllərini, gəl otur süfrə başında.Qəbul edərdi məni hər günTəzə bir qonaq kimi.Hörmət edərdi uşaqlıq istəklərimə.Bir gün olmayanda anam evdəHər tərəf qaranlıq olardı gözlərimdə.Unuda bilmirəm –Məktəbdən dönəndəAnamın məni qarşılamağını.Kədərimi təbəssümü ilə yumağını.
3.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-mektebden-donen-gunlerim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
LələXəstə cismim bir cananın ucundan,Yanıb atəşlərə əriyir, Lələ,
A narın-narınDil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?