Pəri xanıma

Xatırlayırsanmı, o bahar gecəsini?Təbrizdən getməyimə az qalmışdı.Görüşdüm səninlə gecə yarısı,Bağça güşəsində, ay işığında.Əllərin titrəyirdi əllərimdə,Bilmirdim bu qorxudan, ya sevgidəndi.Sordum bu titrəyişin səbəbini.Məni itirəcəyindənqorxduğunu söylədin.İki gün sonra bir də görüşdük.Gecə həmin yerdə, həmin saatda.Geyinmişdin bəyaz gəlin libasınıTəəccüb etdim geyiminə.– Sənin üçün bəzənmişəmBacımdan almışam bu libası,Geyinəm hüzurunda, - söylədin.Ayrıldıq…Tale qovuşdurmadı bizi.Ancaq unuda bilmirəm,Səninlə keçirdiyim o gecənin xatirəsini.Bir də taleyimə çilənənnisginlli göz yaşlarını.

3.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets