Bir sinif yoldaşım vardı kasıb ailədənBaşmaqları, libası köhnəydi,Uyğun gəlmirdi onun cüssəsinə.Amma heyrət edirdim savadına,Hər dərsdə əlaçıydı,Çata bilmirdim onun səthinə.Çağırırdım onu Haşım ağa,Edirdim bu balaca uşağaBir böyüyün hörmətini.Məktəb bitib, yay tətili başlayanda,Bir gün gördüm onu Təbriz bazarında.Daşıyırdı kürəyində corab ipliyi,Çaşdı məni görəndə.– Daha gəlməyəcəm məktəbə, - dedi.Atam rəhmətə getdi,Yetim qaldı bacım-qardaşım.Məcburam corab toxuyam,Dolandıram ailəni.Sanki yıxıldı bazarın tavanı başımaEşidəndə bu sözü.Unuda bilmirəmSinif yoldaşımın acı taleyini.

03.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets