Heç unutmuram –Səkinə bacımın taleyini.Bizə qohum olanBir dövlət məmurunaverdilər bacımı.Dövlət yolladı bacımın yoldaşınıTəbrizdən Xalxala.Bir gün bacım döndü TəbrizəDərd, qüssə içində.Maraqlandım bacımla –Bir söz demədi.Nəhayət, öyrəndim ki,Bacımın həyat yoldaşıTiryəki olubdu Xalxalda.Məcburdu bacım manqal tiryəkHazırlaya hər gün həyat yoldaşına.Atam kəsincə tiryəki,O atıb özünü su quyusuna.Ölməyib, amma ölümcül olubQalıb evin küncündə.Məcbur oldu bacımXalça fabrikində işləməyə.Saraldı Səkinənin gözəl üzü,Doldurdu qüssə ilə ömrümüzü.Əfsus, bacım getdi, həyat yoldaşı qaldı.Sonra evləndi başqası ilə.Qoydu üç uşağı ögey ananın ümidinə.

03.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland