Qardaşım İsmayıl –Aşiq olmuşdu Zəri adındaXalça toxuyan bir qıza.Sarı saçları, göy gözləri,Rəna kimi əndamı vardı qızın.Məktəbdən dönərdi,Kömək adıyla oturardı qızın yanında.Taleyə bax…Bir gün qızı vərəm tutduSonra da xəstəliyi keçdi İsmayıla.Qurban getdi İsmayıl bu mərəzdənTənha qoydu gözəl Zərinixalça fabrikindəDözə bilmədi Zəri bu faciəyə.Qayıtdı kəndə, ağsaqqal babasıyla,Getməzdən əvvəl söylədi mənə:– Heç inanmazdım bir ərbab oğluaşiq olar öz işçisinə.Təmiz hisslərləSevər bir fəhlə qızını.Əfsus, tale gülmədi üzümə.Yaşamaq haramdıİsmayılsız mənə.

03.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets