Altı yol gəlmişdim, bununla yeddi,Öldüm bu bağçanı gəzə-gəzə mən.Dedim, bir yar sevdim, unudub getdi,Öldüm bu bağçanı gəzə-gəzə mən!

Gözüm doymaz sənin kimi canandan,Cananm itirən tez olar candan,İnanmırsan soruş şahi-xubandan,Öldüm bu bağçanı gəzə-gəzə mən!

Pəri, sənə qurban dirili Qurban!Yolunda qoyubdu o baş ilə can,Bir əlində fanus1, yanında xuban,Öldüm bu bağçanı gəzə-gəzə mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love