Bu gün bir nurani kimsənə gördüm,Görcəyin çağırdım: "Ya Murtuza Əli!"Sidqnən çağırsan, tez yetər dada,Dillərdə söylənir: "Ya Murtuza Əli!"

On bir oğlu var idi, bir anası,Nur ilə doluydu onun əzası.Məğribdən Məşriqə gəzir sədası,Dillərdə söylənir: "Ya Murtuza Əli!"

Nurani dediyim – nuri mərfətdi,Mədinə dediyim – bizim tərəfdi.Qurbani der: Ağam əsli ərəbdi,Ağalar ağası, ya Murtuza Əli!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets